Əsas səhifə Haqqımızda Xəbər lenti

NASA-dan turistlərə möhtəşəm xəbər – Bir ay kosmosda istirahət

NASA-dan turistlərə möhtəşəm xəbər –     Bir ay kosmosda istirahət

Kasmonavt ola bilməyən, kosmosa  uçmaq xəyallarını bir kənara qoyanlar heç də məyus olmasınlar. Çünki xəyalı hələ də kosmosda olanlar üçün NASA-dan xoş xəbər var.  Ayna.az xəbər verir ki, ABŞ kosmanavtları və NASA yeni bazarlar açmaq üçün Beynəlxalq Kosmos Stansiyasına (UUİ) səfərlər təşkil olunacağını açıqlayıb.

Əldə olunan məlumata görə, NASA 2020-dən etibarən  Beynəlxalq Kosmos Stansiyasını turizmə açacaq.

Beynəlxalq Kosmos Stansiyasının direktorunun təmsilçisi Robin Qeytns Beynəlxalq Kosmos Stansiyasına ildə ən çox iki xüsusi səyahət həyata keçiriləcəyini deyib. Kosmik gəmilərlə kosmosa gedəcək turistlər Beynəlxalq Kosmos Stansiyasında 30 günə qədər qala biləcəklər.

NASA-nın insan kosmik uçuşları üzrə rəhbəri olan Viliam Qerstenmayer bu qərar üçün təzə bazarlar qurmaq fürsətinə sahib olacaqlarını açıqlayıb: “Köməyə ehtiyacımız olacağını bilirik, bunu tək edə bilmərik, inkişaf üçün hər kəsə ehtiyacımız var”.

Qeyd edək ki, 1998-ci ildə ilk parçası kosmosa göndərilən Beynəlxalq Kosmik Stansiyasında 2011-ci ildən bəri dünyada indiyədək aparılmamış araşdırmalar həyata keçirilir.

Novruz

8 İyun 2019 16:00
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin