Əsas səhifə Haqqımızda Xəbər lenti

Vətən mübaribəsi qazisi intihar edib

Vətən mübaribəsi qazisi intihar edib

Məhrum 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alırmış

 

II Qarabağ Müharibəsinin iştirakçısı qazi  Vüsal Musayev intihar edib. AYNA-nın APA-ya istinadən məlumatına görə,  o müalicə aldığı hərbi hospitalda özünü asıb.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.

 

Bildirilib ki, Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün intihar edib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Qeyd edək ki, II Qarabağ Müharibəsinin iştirakçısı qazi  Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var.

Müəllif: Ayna.az      6 Yanvar 2021 23:39
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin