Dünya çempionatının gümüş medalçısı: “3500 dollar verdilər”

Dünya çempionatının gümüş medalçısı:     “3500 dollar verdilər”

Seymur Məmmədov: “Bilyard üzrə dünya çempionları olan qadın və kişi qarşılaşsa, kişi qalib gələcək”

 

Bir neçə gün öncə azərbaycanlı idman ustası Seymur Məmmədov bilyardın "Sərbəst piramida" növü üzrə Dünya çempionatında ikinci yeri qazanıb. İdmançımız finalda rusiyalı bilyard ustası Semyon Zayçevlə qarşılaşıb və ona məğlub olub.

 

Seymur Məmmədov vətənimizə çempionatın gümüş medalını gətirib. Və ölkəyə gələr-gəlməz AYNA-nın qonağı olub.

 

- Mən uşaq vaxtlarından bu idman növü ilə məşğul oluram. Çünki atam özü də bilyard ustası olub. Hətta atam Məmməd Məmmədov Azərbaycan Bilyard Federasiyasının yaradıcısı olub. O, bu federasiyanı 1990-cı ildə yaradıb. Atam SSRİ üzrə ilk üçlükdə olan idmançı olub. 1994-cü ildə dünyasını dəyişib və federasiya fəaliyyətini dayandırıb.

 

Ondan sonra bir müddət keçdi və atamın dostu yenidən federasiyanı bərpa etdi. O zaman mən milli komandaya dəvət aldım. Həmin ərəfədə bilyardın “Sərbəst piramida” növü üzrə 2005, 2006-cı illərdə Avropa çempionatında ikinci yerə çıxdım. Daha sonra beynəlxalq turnirin qalibi oldum. Ondan sonra işə qəbul oldum, ailə həyatı qurdum. Bir sözlə, bilyarddan bir qədər uzaqlaşdım. Bu zaman da federasiyanın fəaliyyəti yenidən dayandı.

 

Nəhayət, Gənclər və İdman Nazirliyinin köməyi ilə iki ildir yenidən Azərbaycan Bilyard Federasiya fəaliyyətə başlayıb. Məni yenidən milli yığmaya dəvət etdilər. Dəvəti qəbul etdim, məşq elədim və nəticə qazandıq.

Müəllif: Təranə Xudabaxşiyeva      24 Avqust 2019 10:37
İdman bölməsinə aid digər xəbərlər
1 Oktyabr
10:22
“Qasparyan unudub ki, biz qazaxlar da “mağara qəbiləsinin qalıqları” arasındayıq”
30 Sentyabr
23:21
Arayış almaq üçün qapı-qapı gəzib, manat-manat xərcləməkdən qurtulmaq zamanıdır
30 Sentyabr
21:15
Beynəlxalq aləmin təsirsizliyi Azərbaycanın işinə yarayacaq – TARİXİ ƏDALƏT
30 Sentyabr
19:15
“Onlar hərbi cinayətkarları bizə təhvil verməyəcəklər, lakin…”
30 Sentyabr
17:05
“Torpaqlarımızdan tam və dərhal çıxıb rədd olmalıdırlar” - PREZİDENT
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin