Əsas səhifə Haqqımızda Xəbər lenti

Gəlin, Qarabağdakı erməniləri pulla “Cəhənnəm”ə göndərək - AXI NİYƏ?!

Gəlin, Qarabağdakı erməniləri pulla “Cəhənnəm”ə göndərək -               AXI NİYƏ?!

Azərbaycanda hər oliqarx çoxsaylı villalarından birini satsa, bu işin öhdəsindən rahatlıqla gələ bilərik

 

Şərq əlbəyaxa döyüş  növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Bu gün Azərbaycanda hamı minlərlə əsgərimizin qanı ilə alınmış Böyük Qələbimizə ürəkdən sevinsə də, çoxları başa düşməyə başlayır ki, Qarabağın tam olaraq bizim olması mübarizəsi hələ qabaqdadır. Rusların sürətlə tikib-qurduğu işğal altındakı ərazilərə qayıdan ermənilərdə revanşizm hissləri çox güclüdür və onlar deyirlər ki, Qarabağ uğrunda döyüşü uduzublar, müharibəni yox. Əlbəttə ki, biz də boş oturmur, ordumuzu gücləndirir və işğaldan azad olunan torpaqlarımıza tezliklə böyük qayıdışa başlamaq üçün çalışırıq. Buna görə milyardlar xərcləməyə hazırlaşırıq.

 

Bu gün Qarabağda davamlı sülhün necə bərqərar olması barədə danışanlar iki hissəyə bölünür: Birincilər hesab edirlər ki, gərək Xankəndinin bir addımlığında dayanmayaydıq. Onsuz da müharibə gec-tez olacaq və biz bütün separatçıları torpaqlarımızdan qovandan sonra nəfəs ala bilərik. İkincilər isə düşünürlər ki, daha müharibə olmayacaq, biz indi gərək rayonlarımızı cənnətə döndərməklə iqtisadi cəhətdən elə cəlbedici olaq ki, bizimlə birgə yaşamaq istəməyən ermənilər özləri bunda həvəsli olsunlar. Yəni, işsizliyi daimi işə, aclığı normal təminata, “Artsax” deyilən cəfəngiyyatı bütöv Azərbaycana dəyişməkdə özləri maraqlı olsunlar.

 

Hər iki tərəfin arqumentlərində razılaşdığım və razılaşmadığm məqamlar var. Hər iki yol itkilərlə müşayiət olunacaq. Amma mən hesab edirəm ki, bu iki yoldan başqa da – üçüncü yol da var. Elə etməliyik ki, erməniləri biz qovmayaq bu torpaqlardan, amma özləri getməkdə maraqlı olsunlar. Və belə bir yol var və məncə, effektiv ola bilər. Özü də bu prosesə yaxın bir il içərisində başlamaq və effektini görmək olar.  Axı niyə belə düşünürəm?! İzah edim.

 

Rusiya mətbuatı sosial şəbəkələrin erməni seqmentinə istinadən yazır ki, Qarabağdakı ermənilər sənədlər hazırlayırlar, xarici dilləri öyrənirlər və pandemiya üzündən bağlanmış sərhədlərin açılmasını gözləyirlər. Bizimlə olmaq istəməyən bizim vətəndaşlarımız yazır ki, “2021-ci ilin yazına qədər Qarabağ müstəqil bir dövlət statusu almayacağı, Ermənistana və ya Rusiyaya birləşməyəcəyi təqdirdə biz buradan gedəcəyik”.

 

Şərhlərdən bəlli olur ki, bəzilərinin getməsinə Dağlıq Qarabağ separatçılarının “təhlükəsizlik şurası”nın rəhbəri Vitali  Balasanyanın “Azərbaycanla yeni bir müharibə üçün silahlı qüvvələr yaratmaq planı” və Qarabağda alkoqollu içkilər və narkotik maddələrin istifadəsinə qarşı mübarizə niyyəti təkan verib.

 

Təbii ki, 2021-ci ilin yazına qədər Qarabağ müstəqil bir dövlət statusu almayacaq, Ermənistana və ya Rusiyaya birləşməyəcək. Deməli, əziz oxucu, Qarabağa ruslara arxayın olub qayıdan əhali burada yaşamağın heç bir perspektivinin olmadığını anlayır, buradan birdəfəlik getmək üçün hazırlıq görürlər. Onlara getmək üçün niyə yaxşı bir şərait, sərfəli variantlar təklif etməyək ki? Rus demiş, "tem bolee", Balasanyan da bu işdə bizə dolayı yolla kömək edir.

 

Ermənilərin getməyi ən çox hədəflədiyi ölkənin ABŞ olduğunu desəm, yəqin, yanılmaram. Məsələn, variant olaraq, hesab edirəm ki, Azərbaycan hökumətinin, lap elə xaricdə mülkiyyət almaqda püxtələşən SOCAR-ın əli ilə ABŞ-la danışıb, burada Qarabğadan köçən erməniləri yerləşdirmək təklifi müzakirə edilə bilər. Yox, səhv anlamayın. Mən bizim milyonlarımıza onlara Nyu-Yorkda, Los-Ancelesdə-filanda şəhərcik tikməyi təklif etmirəm. Bu, onları xarab edər. Mən deyən variantın da bir balaca xərci var, amma işin miqyasını hesablayanda, görürsən ki, gələcəyimizin rahat təminatı baxımından bu xərci çəkməyə dəyər.

 

ABŞ-da çoxlu tərkedilmiş, amma hər bir infrastrukturu olan şəhərlər var ki, satışa çıxarılıb, özü də qiyməti də çox baha deyil. Montana ştatındakı Garrioven qəsəbəsi vaxtı ilə kovboylar və hindular arasında savaş meydanı olub. Şəhərin özü (əslində qəsəbə) 1895-ci ildə qurulub, lakin tədricən yeni tikilən əsas yollardan kənarda qaldığı üçün boşalıb. İçindəki bütün evlər və ərazi Kristofe Kirklander adlı bir adam tərəfindən satın alınıb. Cəmi bir dəfə 250 min dollara auksiona çıxarsa da, alıcı tapılmadı.

undefined

Cənubi Dakotadakı kiçik Swett qəsəbəsi də eyni qiymətədir. Burada bir vaxtlar bir neçə ev və yerli ovçuların getdiyi bar var idi. Yerli sakinlərin dediyinə görə, burada xəyalətlər (ruhlar) yaşayır. Ancaq sənayenin inkişafı ilə insanlar şəhəri tərk etməyə başladılar və sonunda bir adam buradakı bütün evləri və torpaqları satın aldı. 1998-ci ildə şəhərin o zamankı sahibi Lans Benson arvadından boşandı və şəhəri ona verdi, lakin 2012-ci ildə yenidən satın aldı və iki il sonra 399 min dollara hərraca çıxardı. Bir il sonra krediti ödəmədiyi üçün bank şəhəri Bensondan aldı və hərraca çıxardı - 250 min dollara qoyulan şəhərə alıcı tapılmadı.

undefined

Miçiqandakı Hell (ingilis dilində Hell sözü “Cəhənnəm” deməkdir) şəhəri o biri şəhərlərdən bahadır - 950.000 dollara satılır. Ştatın Böyük Göllər və Detroit bölgəsindən aralı yerləşir. Şəhər boşalmağa başladıqda və yalnız 70 nəfər sakin qaldıqda, onlardan biri qəsəbənin adından istifadə edərək, onu attraksiona çevirməyə qərar verdi. Həmin sakin şəhərin saytında gedən reklam çarxında da “dünyanın başqa heç bir şəhəri bizimki kimi çox tövsiyə edilmir” dedi. 

undefined

“Bu bir həqiqətdir: hər gün ingilisdilli ölkələrdə milyonlarla insan bir-birinə: “Go to hell!” (“Cəhənnəmə get!”) deyir. Bizdə “Cəhənnəm salonu”, dondurma və dondurma ilə şirniyyat verilən bir “Krematorium” adlı kafe, “Şeytan çuxuru” adlı restoran da var” – sakin bildirir.

 

Helldə yeni evlənənlərin dəvət olunduğu kiçik bir ibadətgah da var. Dəvətnamədə deyilir: “Cəhənnəmdə evlənsəniz, bundan daha pis olmayacağına əmin olacaqsınız”. Qəsəbədə əlavə olaraq, bəzi əyləncələr də var: burada yerli bir gölə getmək üçün velosiped və orada üzmək üçün kano icarəyə götürə bilərsiniz.

undefined

Daha bir şəhərcik isə Montana ştatındakı Prey şəhəridir. Qorunan bizonların məkanı olan məşhur Yellowstone Milli Parkına yaxındır. Şəhər Barbara Walkerə məxsusdur – həmin xanım digər on şəhər sakinlərindən kirayə haqqı alır. Barbara şəhəri 1,4 milyon dollara satmağa razıdır.

 

Yəni, göründüyü kimi, Azərbaycanda varlı oliqarxlar və məmurlar hərəsi dənizqırağı çoxsaylı villalarından birini satsa, ABŞ-da 3-4 şəhərcik alıb, ABŞ hökuməti ilə sənədləşmə məsələsini danışıb, Qarabağdakı ermənilərin oraya köçürülməsinə nail ola bilərlər.

 

İnanın ki, ermənilər böyük həvəslə gedərlər ora. Onsuz da Qarabağda da xaricdəki diasporun dotasiyası ilə yaşayırdılar. İndi ABŞ erməni lobbisi də pulu onlara birbaşa çatdırar, arada “qarabağ klanı”nın bu pulları oğrulamasının da qabağı alınar. Bu halda biz pulu bir dəfə xərcləyəcəyik, amma özləri öz xahişləri ilə sevinə-sevinə gedəcəklər və bizdən də sonra “qovdular” şikayəti etməyəcəklər. Onlara da xoş, bizə də…

Müəllif: Yoldaş Mircəfər      6 Yanvar 2021 10:22
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin