Əsas səhifə Haqqımızda Xəbər lenti

Dünyada COVID-19-la bağlı son statistika

Dünyada COVID-19-la bağlı son statistika

Yoluxanların 57 faizindan çoxu Şimali və Cənubi Amerikada qeydə alınıb

 

Dünyada COVID-19-a yoluxanların sayı 83,91 milyon nəfəri ötüb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

 

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 83 910 386 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 1 839 660 insan ölüb.

 

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 583 907 nəfər təşkil edib. Son sutkada mülaicə alan daha 7 957 pasiyent təhlükəli infeksiyadan ölüb.

 

Son 24 saat ərzində infeksiyaya yoluxanların 57 faizindan çoxu Şimali və Cənubi Amerikada (337 231), daha sonra Avropada (173 812), ardından isə Cənub-Şərqi Asiyada (26 868) qeydə alınıb.

Müəllif: Ayna.az      5 Yanvar 2021 07:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin