Əsas səhifə Haqqımızda Xəbər lenti

Səudiyyə Ərəbistanı 3 il sonra Qətərlə sərhədlərini açır

Səudiyyə Ərəbistanı 3 il sonra Qətərlə sərhədlərini açır

Səudiyyə hökuməti Körfəz liderlərinin zirvə görüşü ərəfəsində sərhədləri açmağa qərar verib

 

Səudiyyə Ərəbistanı Qətərlə 2017-ci ildən bağlı olan, quru, hava və dəniz sərhədlərini bu gecədən etibarən açacaq.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, bunu iki ölkə arasındakı vasitəçi rolunu oynayan Kuveytin xarici işlər naziri Əhməd Nasser əs-Sabah bildirib. Onun sözlərinə görə, Səudiyyə hökuməti Körfəz liderlərinin zirvə görüşü ərəfəsində sərhədləri açmağa qərar verib:

 

"Kuveyt və Qətər əmirləri, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi arasında keçirilmiş telefon danışığından sonra bu gecədən etibarən Qətər və Səudiyyə Ərəbistanı arasında, quru, hava və dəniz sərhədlərinin açılması barədə razılıq əldə olundu".

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn 2017-ci ilin iyununda Qətəri "terrora dəstək verməkdə və bölgədə sabitliyi pozmağa yönəlmiş siyasət yürütməkdə" günahlandıraraq 13 maddəlik tələb siyahısı hazırlamışdı. Ancaq Qətər həmin tələbləri rədd etdiyindən adıçəkilən ölkələr ona qarşı embarqo qoymuş və diplomatik əlaqələri kəsmişdi.

Müəllif: Ayna.az      5 Yanvar 2021 03:56
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin