Əsas səhifə Haqqımızda Xəbər lenti

Koronavirusun yeni ştammı Gürcüstanda da aşkarlanıb

Koronavirusun yeni ştammı Gürcüstanda da aşkarlanıb

Koronavirusun yeni ştammına yoluxan şəxs və onun bütün təmasda olduğu insanlar karantinə yerləşdiriliblər

 

Gürcüstanda koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb. AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yoluxma halı Gürcüstana başqa ölkədən gələn şəxsdə aşkarlanıb.

 

Bildirilir ki, koronavirusun yeni ştammına yoluxan şəxs və onun bütün təmasda olduğu insanlar karantinə yerləşdiriliblər.

 

Qeyd edək ki, dekabrın 14-ü Böyük Britaniyanın səhiyyə naziri Mett Henkok bildirib ki, britaniyalı alimlər ölkədə koronavirusun yeni mutasiyasını aşkarlayıblar. Onun sözlərinə görə, ilkin araşdırmalar göstərib ki, sözügedən ştamm digər ştammlardan daha sürətli yayılır.

Müəllif: Ayna.az      5 Yanvar 2021 01:35
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin