Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda şadlıq sarayından 10 min manatlıq mal oğurlanıb

Bakıda şadlıq sarayından 10 min manatlıq mal oğurlanıb

Oğurluqda şübhəli bilinən şəxslər tutulublar

 

Sabunçu rayonunda oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, rayon polis idarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki şadlıq saraylarının birindən 10 min manat dəyərində 450 oturacaq, iki televizor və led işıqlandırıcı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Kərimov, Y.Yusifov və A.Abbasov saxlanılıblar.

 

Davam etdirilən tədbirlər nəticəsində A.Abbasovun yaşadığı evə baxış zamanı oradan üç qram heroin və doqquz qram metamfetamin aşkarlanaraq götürülüb. Faktla əlaqədar təhqiqat aparılır.

Müəllif: Ayna.az      4 Yanvar 2021 18:05
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin