Əsas səhifə Haqqımızda Xəbər lenti

Nazirlik şagirdlərin yerdəyişməsi barədə məlumat yayıb

Nazirlik şagirdlərin yerdəyişməsi barədə məlumat yayıb

Şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti dayandırılacaq

 

8 yanvar saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq. AYNA xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, səbəb II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

 

Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar saat 18:00-dək davam edəcək.

 

Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

 

Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az      4 Yanvar 2021 12:53
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin