Əsas səhifə Haqqımızda Xəbər lenti

İlham Əliyev və Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik ediblər

İlham Əliyev və Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik ediblər

“Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Teymur Rəcəbovu “Airthings Masters” şahmat turnirində qələbə qazanması münasibətilə təbrik ediblər.

 

AYNA-nın xəbərinə görə, təbrikdə deyilir:

 

“Əziz Teymur,

 

“Airthings Masters” şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.

 

Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.

 

Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik”.

Müəllif: Ayna.az      4 Yanvar 2021 00:05
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin