Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda COVID-19-a sutkalıq yoluxma yenidən artdı

Azərbaycanda COVID-19-a sutkalıq yoluxma yenidən artdı

Son sutkada 803 nəfər COVID-19-a yoluxub, 2918 nəfər sağalıb, 30 nəfər vəfat edib

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 2918 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 220 265  nəfər koronavirus yoluxub. Onlardan 194843 nəfər müalicə olunaraq sağalıb, 2733 nəfər vəfat edib, aktiv xəstə sayı 22689 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6200, ötən müddət ərzində isə ümumilikdə2210426 test aparılıb.

 

Qeyd edək ki, dünən Azərbaycanda yoluxma sayı 421 idi.

Müəllif: Ayna.az      3 Yanvar 2021 17:48
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin