Əsas səhifə Haqqımızda Xəbər lenti

ABŞ-da 68 ildən sonra ilk dəfə qadın edam ediləcək

ABŞ-da 68 ildən sonra ilk dəfə qadın edam ediləcək

Qatil qadın yanvarın 12-də İndiana ştatında zəhərli iynə ilə edam ediləcək

 

ABŞ-da 52 yaşlı Lisa Montqomeri adlı qadın 2004-cü ildə Bobbie Co Stinnet adlı 23 yaşlı hamilə qadını boğaraq öldürüb, daha sonra qarnını yararaq körpəsini oğurlamağa çalışıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, dəhşətli qətldən sonra həbs olunan Montqomeri məhkəmənin qərarı ilə edama məhkum edilmişdi.

 

ABŞ Ədliyyə Nazirliyi Montqomerinin dekabrın 8-də zəhərli iynə ilə edam ediləcəyini açıqlasa da, hökm koronavirusa görə təxirə salınmışdı.

 

Son qərara əsasən, qatil qadın yanvarın 12-də İndiana ştatında zəhərli iynə ilə edam ediləcək.

 

Qeyd edək ki, edama məhkum edilən qadın ABŞ-da 68 ildən sonra edam edilən ilk qadın olacaq.

Müəllif: Ayna.az      3 Yanvar 2021 14:44
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin