Əsas səhifə Haqqımızda Xəbər lenti

İki ölkə sərhədində terror: çox sayda ölən var

İki ölkə sərhədində terror: çox sayda ölən var

Fransalı əsgərləri daşıyan avtomobilə də hücum edilib

 

Niger-Mali sərhədində yerləşən Tçombangu və Zaroumdareye kəndləri terrorçuların hücumuna məruz qalıb. AYNA xəbər verir ki, hadisə nəticəsində 56 mülki şəxs ölüb, 20 nəfər isə yaralanıb.

 

Terror hadisəsini Niger daxili işlər naziri Alkaçe Alhada təsdiqləyib. Bununla yanaşı, Mali-Niger sərhədində Fransanın həyata keçirdiyi əməliyyat çərçivəsində fransalı əsgərləri daşıyan avtomobilə də hücum edilib və 2 fransız əsgər ölüb, 1 əsgər isə yaralanıb.

 

Qeyd edək ki, iki ölkə sərhədində baş verən hadisələrin bir-biri ilə əlaqəsi olub-olmadığı barədə məlumat verilməyib. 

Müəllif: Ayna.az      3 Yanvar 2021 13:39
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin