Əsas səhifə Haqqımızda Xəbər lenti

Almaniyada sərt karantin rejiminin uzadılması gözlənilir

Almaniyada sərt karantin rejiminin uzadılması gözlənilir

Bir neçə federal əyalət hökumətdən sərt karantin müddətinin uzadılmasını tələb edib

 

Koronavirusdan çox təsirlənən Almaniyanın bir neçə federal əyaləti hökumətdən sərt karantin müddətinin uzadılmasını tələb edib. Bu barədə AYNA alman mediasına istinadən xəbər verir.

 

Almaniyada ciddi məhdudlaşdırma tədbirləri 10 yanvar tarixinədək qüvvədədir. Bəzi bölgələrdən təkliflər gəlir ki, karantin 31 yanvar tarixinə qədər uzadılsın. Amma hökumət vəziyyəti təhlil edir.

 

Mətbuatın yazdığına görə, Federal Hökumət 31 yanvar tarixinə qədər sərt karantinin davam etməsi qərarına meyillidir.

 

Qeyd edək ki, ötən il dekabrın 16-dan etibarən Almaniya Hökuməti koronavirus pandemiyası səbəbindən ölkə tarixində ən sərt karantin tətbiq edilməsinə qərarq verib. Müddət yanvarın 10-da başa çatacaq.

Müəllif: Ayna.az      3 Yanvar 2021 03:34
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin