Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda 554 küçə dezinfeksiya edilib

Bakıda 554 küçə dezinfeksiya edilib

Vətəndaşlardan karantin qaydalarına ciddi riayət etmək xahiş olunur

 

Bakı şəhərində koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq, yanvar ayının 2-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən yeni 2021-ci ildə birinci, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə 19-cu dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı 554 küçə dezinfeksiya olunub.

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.

 

“Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər”, - məlumatda bildirilib.

Müəllif: Ayna.az      2 Yanvar 2021 19:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin