Əsas səhifə Haqqımızda Xəbər lenti

Vahid Əzizə Prezidentin fərdi təqaüdü veriləcək

Vahid Əzizə Prezidentin fərdi təqaüdü veriləcək

Dövlət başçısı sərəncam imzalayıb 

 

Prezident İlham Əliyev Vahid Əzizə Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

 

AYNA-nın məlumatına görə, sərəncama əsasən Azərbaycan ədəbiyyatının inkişafında səmərəli fəaliyyətinə görə Vahid Əziz oğlu Cəfərova (Vahid Əzizə) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

 

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Müəllif: Ayna.az      30 Dekabr 2020 20:38
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin