Əsas səhifə Haqqımızda Xəbər lenti

Parlamentin payız sessiyasının son iclası: 6 məsələyə baxılacaq

Parlamentin payız sessiyasının son iclası: 6 məsələyə baxılacaq

Milli Məclisin yaz sessiyasının gələn ilin fevral ayında başlayacağı gözlənilir

 

Milli Məclisin dekabrın 30-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. AYNA xəbər verir ki, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

 

Müzakirə olunacaq məsələlər aşağıdakılardır:

 

-“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

 

-Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

 

-Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

 

-“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

 

-Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında.

 

-Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

 

Qeyd edək ki, bununla da Milli Məclisin payız sessiyası başa çatacaq. Parlamentin yaz sessiyasının gələn ilin fevral ayında başlayacağı gözlənilir.

Müəllif: Ayna.az      29 Dekabr 2020 16:26
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin