Əsas səhifə Haqqımızda Xəbər lenti

Bir qrup hərbçi “Şuşanın azad olunmasına görə” medalı aldı

Bir qrup hərbçi “Şuşanın azad olunmasına görə” medalı aldı

Prezident İlham Əliyev sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

AYNA-nın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Şuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

 

Təltif olunan hərbçilərin siyahısı ilə bu linkdə tanış ola bilərsiniz.

Müəllif: Ayna.az      29 Dekabr 2020 15:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin