Əsas səhifə Haqqımızda Xəbər lenti

Prezident Gömrük və Vergi məcəllələrində dəyişiklik edib

Prezident Gömrük və Vergi məcəllələrində dəyişiklik edib

İlham Əliyev qanunları imzalayıb

 

Prezident İlham Əliyev Gömrük və Vergi məcəllələrində dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikasının qanunlarını imzalayıb.

 

AYNA xəbər verir ki, dəyişikliklərə əsasən, yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, Azərbaycan Respublikasının gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür.

 

Qeyd edək ki, bundan əvvəl yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulurdu.

Müəllif: Ayna.az      29 Dekabr 2020 12:53
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin