Əsas səhifə Haqqımızda Xəbər lenti

Ata, sən Kimsən? - Abdullayevlə Kardaşyanın əsas fərqi

Ata, sən Kimsən? - Abdullayevlə Kardaşyanın əsas fərqi

Ona kimin, hansı xidmətlərə görə pul verməsi çox maraqlı və açıq bir sualdır

 

Milad bayramı ərəfəsində, erməni pornoulduz, bloger Kim Kardaşyan fanatlarını sevindirmək və onlara pul vermək qərarına gəldi. “Twitter” səhifəsində niyyətindən bəhs edərək, 2020-ci ilin olduqca çətin olduğunu qeyd edən Kardaşyan, bayram günlərində bir çox insanın kirayə haqqını necə ödəmək, şənlik masası üçün yemək və uşaqlar üçün hədiyyələr almaqdan narahat olduğunu yazdı. Ümumilikdə bloger yarım milyon dollar paylamağı planlaşdırır.

 

Kim Kardaşyan pərəstişkarlarından “Cash App” ödəmə xidmətinin teq-nömrəsini postunun altına yazmalarını istədi. Qeyd edək ki, dərc olunduğu tarixdən etibarən 17 saat ərzində yazı 210 mindən çox şərh aldı. Kimin verdiyi vədi tam yerinə yetirəcəyini zaman göstərəcək. Hər halda, Kardaşyanın bunun üçün imkanının olduğu göz qabağındadır. Vergi ödəyir və gəlirlərini gizlətmir.

Kim Kardashian West heads to White House - POLITICO

Lakin zəngin həyatı zamanı fərqli qiyafələrdə görünən, müxalifət fəallarını tutmaqda polisə kömək etməkdən belə, çəkinməyən və indi özünü bloger adlandıran Ata Abdullaevin real gəlirlərinin həcmi bilinmir. Bununla birlikdə, bu bəy də misilsiz bir səxavət atraksionunda iştirak etməyə qərar verdi.

 

Xeyr, xeyriyyəçiliyə girişmədi, amma eynən Kardaşyan kimi abunəçilərinə pul vəd etdi. Abdullayevin vidalaşmağa hazır olduğu ümumi vəsaitin miqdarı göstərilməyib. Yalnız hamıya verməyə hazır olduğu bilinir - hər şəxsə üç-dörd min manat. Həm də nağd - əlbəəl. Xəbərin mənbəyi həmişəki kimi, Ata özü oldu. Müvafiq videonu sosial şəbəkədə yayımladı.

 

Düzdür, Kimdən fərqli olaraq pul verməyə hazır olan Ata bir şərt irəli sürdü. Yalnız onun sitəyini təmin edə bilənlərə pul veriləcək. Hansı istək? Və Abdullaev özü bunu açıqlayır. Bu pulu karantin rejiminə məhəl qoymayaraq, harınlamış məmurların kef-damağı barədə Ataya xəbər verənlər ala biləcək. “Mənə məmur övladlarının yeri barədə məlumat verən hər kəs üç min manat mükafat alacaq”, - deyən Abdullayev bu sensasiyalı videonun çəkildiyi avtomobilin qaranlığından danışır.

 

Sonra, görünür, bütün bu hərəkətin təfərrüatını aydınlaşdırmağa qərar verən Ata bir neçə söz əlavə etdi: “İcra hakimiyyəti başçısının və ya müavininin, eləcə də övladlarının, təşkil etdikləri şənlikdə, bayram süfrəsində çəkildiyi video dörd min manata qiymətləndirilir! Video şəxsən mənə göstərilir, göndərilmir, əksinə göstərilir, bundan sonra göstərilən məbləği əlbəəl təhvil verirəm”.

 

Onun söz verdiyi miqdar həqiqətən də vətəndaşları şirnikləndirən bir məbləğdir. Rəsmi şəxslərin və ya övladlarının qadağan olunmuş vaxtda əylənməyə qərar verdikləri məkanların bəzi ofisiant və ya digər işçiləri üçün asan və sürətli qazancın cazibəsinə müqavimət göstərmək çətin olacaq. Yalnız Ata Abdullayevin, nə desə də, bir sıra strukturların fəaliyyətini tək icra etməsi istəyi ortadadır. Rayon polis şöbəsindən prokurorluğa və sanitar xidmətlərə və əzəmətli TƏBİB-ə qədər.

 

Bu cür özbaşınalığa, başqalarının bazarına girdiyinə görə çətin ki, Abdullaevi tərifləyən olsun. Əlavə olaraq, sual da ortaya çıxa bilər: xərclədiyi vəsaiti necə geri götürməyi planlaşdırır? Aydındır ki, bu xeyriyyəçilik olmadığı üçün, qarşımızda bayağı bir qazanc verən iş “projesidir”. Buna görə də Ata hər videoda 3-4 min manatdan daha çox qazanmağı planlaşdırır.

 

Bu pulu ona kim ödəyəcək? Cavabının bir çox versiyası olan yaxşı bir sualdır. Məsələn, satın aldığı videonun qəhrəmanlarından bu “film”in alış xərclərindən bir neçə dəfə yüksək bir məbləğdə rüşvət almağı planlaşdıra bilər. Buna görə də bu cənabın çıxışının hüquq-mühafizə orqanlarımızı çox maraqlandıracağı şübhəsizdir.

 

Üstəlik, kompromatlara görə minlərlə manat ödəməyə hazır olan Abdullayevin sərvət mənbələri barədə də ağlabatan bir sual yaranır. O, Kim Kardaşyan deyil, “Playboy” jurnalı üçün çılpaq şəkil çəkdirməyib. Kim kimi, bir sevgilisi ilə evdəki seks videosu sosial şəbəkəyə sızmadı. Ona kimin, hansı zövqlərə və xidmətlərə görə pul verməsi çox maraqlı və açıq bir sualdır. Bu sualın cavabı indiki vəziyyətdə kimin və niyə görünməmiş bir səxavət atraksionunun qeyri-rəsmi sponsoru olmağa qərar verdiyini üzə çıxaracaq.

Müəllif: Əkbər Həsənov      28 Dekabr 2020 22:18
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin