Əsas səhifə Haqqımızda Xəbər lenti

“Tottenhem” və “Liverpul” xal itirib

“Tottenhem” və “Liverpul” xal itirib

İngiltərə Premyer Liqasında XV tur başa çatıb

 

İngiltərə Premyer Liqasında XV tur başa çatıb. AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, turun 4 oyunu keçirilib.

 

Çempionatın lideri “Liverpul” gözlənilməz xal itkisi ilə üzləşib. Son çempion autsayderlərdən biri “Vest Bromviç”lə ev matçında büdrəyib. “Vulverhempton”un “Tottenhem”lə görüşündə də eyni hesab qeydə alınıb.

 

“Vest Hem”lə “Brayton”un görüşündə də heç-heçə qeydə alınıb. Hərəyə 2 qol vuran rəqiblər 1 xalla kifayətlənib. Turnir cədvəlindəki qonşuların duelində “Lids” “Bernli”ni erkən qolla məğlub edib.

 

Qeyd edək ki, növbəti turun oyunları dekabrın 28-30-da keçiriləcək.

Müəllif: Ayna.az      28 Dekabr 2020 07:24
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin