Əsas səhifə Haqqımızda Xəbər lenti

“Mançester Siti”nin iki futbolçusu koronavirusa yoluxub

“Mançester Siti”nin iki futbolçusu koronavirusa yoluxub

Qabriel Jezus və Kayl Uokerin COVID-19 testi pozitiv çıxıb

 

İngiltərənin “Mançester Siti” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

 

AYNA xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytı məlumat yayıb.

 

Xəbərdə Qabriel Jezus və Kayl Uokerin COVİD-19 testinin pozitiv çıxdığı diqqətə çatdırılıb. Bundan əlavə, klubun iki işçisində də infeksiya aşkarlanıb. Onların hamısı təcrid olunub.

 

Qeyd edək ki, “Mançester Siti” 13 oyundan sonra Premyer Liqada 23 xalla 8-ci pillədə qərarlaşıb.

Müəllif: Ayna.az      26 Dekabr 2020 05:24
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin