Yer kürəsini gözləyən təhlükə sürətlənir – Həyəcan təbili

Yer kürəsini gözləyən təhlükə sürətlənir –       Həyəcan təbili

Araşdırmalar göstərir ki, buzlaqlarda ərimə səviyyəsi tarixi göstəricilərə nisbətən 150-240 faiz çoxdur.

 

Arktikadakı buzlaqlarda baş vermiş ərimə iqlim dəyişikliyi səbəbindən 70 il erkən sürətlənib. Son illərdə baş verən anormal istilər üç bölgədə ərimə nisbətlərini dramatik dərəcədə artırıb. Nəticədə təpəciklər və gölməçələr meydana gəlib.

 

Şimal buzlaqlarının 2090-ci ilə qədər əriməsi gözlənilirdi. Buna baxmayaraq, tədqiqatlar ərimə səviyyəsinin tarixi nisbətdən yuxarı – 150-240 arasında olduğunu göstərib.

 

Картинки по запросу arktika əriyir

 

Tədqiqatçılar bunu fövqəladə vəziyyət kimi qiymətləndirir. “Geofizika Tədqiqat Məktubları”nda (Geophysical Research Letters) nəşr olunan tədqiqata görə, Şahzadə Patrik adasındakı Mold Bay iqlim dəyişikliyindən ən çox təsir görən bölgədir. Bölgədə ərimə nisbəti yüzdə 240 ikən, 2003-2016-cı illərdə ərazini 90 sm su basdığı bildirilir.

 

Alimlər, həmçinin hər üç bölgədə termokarst (buzlaqlarda buzun və ya donmuş qruntun əriməsi ilə əlaqədar olaraq yer səthinin çökməsi – red.) meydana gəlməsini müşahidə ediblər. Buz təbəqəsi əriyən zaman üzə çıxan termokarst alçaq dəyirmi təpələrdən və kiçik gölməçələrdən ibarətdir.

 

Картинки по запросу arktika əriyir

 

Bununla yanaşı, buz altında yığılmış karbon dioksid və digər kimyəvi qazlar buzlaqların əriməsi ilə atmosferə yayılacaq. Bu da temperaturun artmasına və digər buzlaqların əriməsinə səbəb olur.

Müəllif: Ayna.az      20 İyun 2019 00:16
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin