Əsas səhifə Haqqımızda Xəbər lenti

Qarabağ müharibəsinə həsr olunmuş “44 GÜN”

Qarabağ müharibəsinə həsr olunmuş “44 GÜN”

Gənc qarmon ifaçısı instrumental musiqi ərsəyə gətirib

 

Gənc qarmon (akkordion) ifaçısı Ramin Hüseynov İkinci Qarabağ müharibəsinə həsr olunmuş möhtəşəm instrumental musiqi ərsəyə gətirib. AYNA-nın xəbərinə görə, ”44 GÜN” adlı kompozisiyanın həm musiqisi, həm də aranjımanı R.Hüseynovun özünə məxsusdur.

 

Musiqinin videogörüntülərində Ali Baş Komandan, Prezident İlham Əliyevin çıxışları və qəhrəmanlarımızın göstərdiyi şücaətdən görüntülər də elavə olunub.

 

Qeyd edək ki, R.Hüseynov 2010 cu ildən Azərbaycan Dövlət Akademik filarmoniyasının dövlət rəqs ansanblının musiqiçisidir. Onun yazdığı “Qaytağı” rəqsinə Rusiyanın xalq artisti, tanınmış xareoqraf Dikalu Muzakayev rəqs qruluşu vermiş və dünyanın bir neçə ölkəsində səhnələrdə təqdim olunmuşdur.

 

O, hazırda Milli Konservatoriyanın 4-cü kurs tələbəsi, ”Çahargah”qrupunun rəhbəridir. R.Hüseynov 2010-cu ildə “Virtuoz” İnstrumental Musiqi Yarışmasının qalibi olub.

 

Müəllif: Ayna.az      20 Dekabr 2020 20:29
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin