Əsas səhifə Haqqımızda Xəbər lenti

Zakir Həsənov Şoyquya başsağlığı verib

Zakir Həsənov Şoyquya başsağlığı verib

Müdafiə Nazirliyi: "Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olan zabitin ailəsinə, əzizlərinə və yaxınlarına başsağlığı verirəm"

 

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.

 

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, başsağlığında deyilir: “Şuşa şəhərinin yaxınlığındakı yol sahəsini minalardan təmizləyərkən Rusiya Federasiyası Silahlı Qüvvələrinin zabitinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.

 

Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olan zabitin ailəsinə, əzizlərinə və yaxınlarına başsağlığı verirəm.

 

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.

Müəllif: Ayna.az      19 Dekabr 2020 22:30
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin