Əsas səhifə Haqqımızda Xəbər lenti

“Altıgünlük müharibə” ilə Vətən savaşı arasında oxşarlıq – Eyni səhvlər təkrarlanır

“Altıgünlük müharibə” ilə Vətən savaşı arasında oxşarlıq –       Eyni səhvlər təkrarlanır

O zaman da Qahirə qəzetləri ərəb ordusunun “qələbələrindən” və “sionistlərin məğlubiyyətindən” yazırdı

 

Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının sammitində çıxış edərək bir sıra vacib açıqlamalar verdi. O, Qarabağ münaqişəsi haqqında bundan sonra keçmiş zamanda danışmaq mümkün olduğuna işarə etdi. Və bu, ilk növbədə hərbi intiqam arzusunu bəsləyən dünya erməniləri sıralarında olan qüvvələrə açıq bir siqnal idi. Sadəcə, mümkün deyil. Nə indi, nə də illər sonra. Qüvvələr balansı tamamilə və geri dönməz şəkildə dəyişdi.

 

Və burada Azərbaycan Prezidentinin MDB başçılarının zirvə toplantısında daha bir açıqlamasını qeyd edəcəyəm: “Bizi müharibə olacağı təqdirdə erməni tanklarının Bakı küçələrində yeriyəcəyi ilə hədələyirdilər. Sonunda belə də oldu, Bakıda peyda oldular, amma 10 dekabrdakı hərbi paraddakı müharibə qənimətləri olaraq”.

 

Və bu baxımdan, mövcud Qarabağ müharibəsinin nəticələri ilə 1967-ci ilin iyununda, bir tərəfdə İsrail, digər tərəfdə Misir, Suriya, İordaniya, İraq və Əlcəzair olmaqla, Orta Şərqdəki “Altıgünlük müharibə”nin nəticələri arasında açıq bir bənzətmə aparmağı vacib hesab edirəm.

 

Beləliklə, 1967-ci ildə orduları, belə hallarda dedikləri kimi “keçmiş müharibələr” üçün hazırlaşan miflərdə yaşayan zəif savadlı ərəb ölkələri üzərində, ən son hərbi texnika ilə silahlanmış, yaxşı təlim keçmiş bir ordunun – İsrailin parlaq bir zəfəri oldu. Rusiya, Ukrayna, Avropa və Amerikadan olan hərbi ekspertlər indiki Ermənistan-Azərbaycan müharibəsinin nəticələri haqqında da eyni şeyi söyləyirlər.

 

Onlar Azərbaycan Ordusunun peşəkarlıq, təlim, taktika-strategiya və texnika baxımından bu gün ən müasir silahlarla təchiz olunduğu nəhəng üstünlüyünü tanıyırlar. Erməni tərəfi, hərbi ekspertlərin ümumi rəyinə görə, ilk Qarabağ müharibəsi zamanı qazandığı uğurun xatirələri ilə yaşadı, ordusunun “məğlubedilməzliyi” və müdafiə strukturlarının “keçilməzliy” barədə miflərdən zövq aldı.

 

İndi hamı yekdilliklə Vətən müharibəsindəki zəfəri, havada İsrail və Türkiyə pilotsuz təyyarələrinin mövcudluğu və bizim tərəfimizdən ustalıqla istifadə etməsi sayəsində meydana çıxan ümumi, böyük üstünlük sayəsində qazandığını söyləyir. Tam olaraq İsrailin “Altıgünlük müharibə”dəki qələbəsi də, Ərəb koalisiyası hava qüvvələrini tez bir zamanda məğlub etməklə əldə edildi.

 

5 iyun 1967-ci ilin səhəri, İsrail Hərbi Hava Qüvvələrinin bir neçə saata ərəb koalisiyası hava qüvvələrini məhv etdiyi bir əməliyyat başladı. Üstəlik, Suriya və İordaniya təyyarələrinin məhv edilməsi cəmi 25 dəqiqə çəkdi. Bundan sonra İsrail hava dəstəyi olmadan, qalan ərəb ordularını asanlıqla məğlub etdi. Gördüyümüz kimi, hazırkı Qarabağ müharibəsi ilə oxşarlıqlar göz qabağındadır.

For Egypt, 1967 war marked end of pan-Arab dream | The Times of Israel

Ölkəmizdə az adamın toxunduğu bir məqam da var. “Altıgünlük müharibə”də İsrailin parlaq qələbəsi də böyük ölçüdə hərbi kəşfiyyatının yüksək peşəkarlığı sayəsində mümkün oldu. Müharibəyə başlamazdan əvvək İsrail kəşfiyyatı Misir aviasiya ilə əlaqəli hər şeyi bilirdi: təyyarələrin döyüş qabiliyyəti, xidmət qaydası, radarların xüsusiyyətləri, aerodromların yeri.

 

Eynilə, Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi, ölkəmizin erməni tərəfinin sərəncamında olan silahların miqdarı və keyfiyyəti, müdafiə strukturlarının yerləşməsi, düşmən qoşunlarının yerləşdirilməsi, habelə tanınmamış “DQR”-in hərbi rəhbərliyinin hərəkəti barədə ətraflı məlumata malik olması sayəsində mümkün oldu. Qarabağ separatçılarının demək olar ki, bütün general və zabitlərinin necə sürətli və uğurla məhv edildiyini xatırlayaq. Azərbaycan Prezidenti İlham Əliyevin Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanovu “Zəfər” ordeni ilə təltif etməsi də əbəs yerə deyildi.

 

Bənzətmə mövzusuna davam edərək, Ərəb koalisiya ölkələrinin liderlərinin İsraili çox tez-tez “bütün yəhudiləri dənizə atacağımıza” söz vermələri ilə hədələdiklərini xatırladıq. O zaman Misir Prezidenti Qamal Abdel Nasser bütün ərəb ölkələrini İsraili məhv etmək fikri ətrafında birləşdirməyə çalışdı. Ümumiyyətlə, onların hamısı özlərini “kükrəyən aslanlara” bənzətməyə çalışsalar da, nəticənin necə olduğu göz qabağındadır. Razılaşın ki, bu davranış Ermənistan rəhbərlərinin davranışına çox oxşayır. Məsələn, “yeni bir müharibə yeni ələ keçirilmiş Azərbaycan əraziləridir”, - deyən Ermənistan Respublikasının keçmiş müdafiə naziri David Tonoyanı xatırlayaq.

 

Ermənistanın Baş naziri Nikol Paşinyan və yoldaşı Anna Akopyan da Azərbaycan Ordusunun zəfərinin mümkünsüzlüyü, Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının qeyri-mümkünlüyünü idda edirdilər. Nəticə etibarilə indi Ermənistanda yalnız tənbəllər madam Akopyana lənət oxumur. Akopyan erməni miflərinin təkəbbürünün və çöküşünün bir simvolu oldu.

Жена Пашиняна позирует с автоматом Калашникова на фото с мероприятия  «Женщины за мир»

Gündəlik olaraq hakimiyyətini qorumaq üçün çarəsiz şəkildə mübarizə aparan Paşinyan, ölkəmizin ümumi hərbi, siyasi və iqtisadi üstünlüyünü tanımaq məcburiyyətində qalır. Acınacaqlıdır, amma onun, hətta MDB sammitində iştirak etmək üçün cəsarəti də yoxdur: açıq şəkildə Azərbaycan Prezidenti ilə qiyabi görüşdən belə, qorxur.

 

Misir Prezidenti Nasserin “Altıgünlük müharibə”dəki məğlubiyyətdə bütün günahın “ikinci mən” adlandırdığı ən yaxın tərəfdaşı marşal Amerdə olduğunu xatırlamaq da yerinə düşər. Eynilə, Nikol Paşinyan da adıçəkilən David Tonoyan başda olmaqla, bir çox istefaya göndərilən yüksək çinli hərbçiləri qurban verməklə hakimiyyəti əlində saxlamağa çalışır. Bu həmin Tonoyan idi ki, ölkəmizin işğal olunmuş ərazilərində Paşinyanla birgə rəqs edirdi. Düzdür, Amer sonda məhkum edildi və intihar etdi, Tonoyan isə bunu etmək fikrində deyil. Açıqca yalnız sudan quru çıxmağı yox, həm də Ermənistanda hakimiyyət dəyişikliyi halında bir iş tapmaq xəyallarını qurur.

 

Və daha sonra. Misirdə və Ərəb dünyasının digər ölkələrində “Altıgünlük müharibə”dəki məğlubiyyətdən sonra Sovet İttifaqının onlara xəyanət etdiyi, müharibəyə açıq şəkildə müdaxilə etmədiyi və pis silah verdiyinə dair ittihamlar güclü şəkildə eşidilirdi. Baxmayaraq ki, onlarda çoxlu sayda silah var idi. Problem ərəb ölkələrinin psixoloji cəhətdən belə, hərbi cəhətdən güclü bir İsrail ilə müharibəyə zehni olaraq hazır olmaması, sadəcə rəqibi layiqincə qiymətləndirməməsi idi.

 

Tanış situasiyadır, deyilmi? Müharibəni uduzan Ermənistanda Rusiyaya xəyanət, rusların xəyali miflər və ermənilərin ərazi iddiaları uğrunda kütləvi şəkildə ölmək istəmədikləri qəzəbi, habelə keyfiyyətsiz və mənəvi cəhətdən köhnəlmiş rus silahlarının alınmasından imtina etmək barədə çağırışlar eşitmək olar. Heç kim, “Altıgünlük müharibə”dən sonra ərəb ölkələrində olduğu kimi, Ermənistanda da günahlarını etiraf etmək istəmir.

 

Ancaq təəccüblü başqa bir məqam da var. Ərəb zabitləri öz rəhbərliyinə müharibədən qəhrəmanlıq, qələbələr və uğurlardan ibarət yalan məlumat verir, əslində döyüş meydanından qaçaraq tabeliyində olanları taleyin hökmünə buraxırdılar. Nəticədə, ərəb əsgərləri özlərini tərk edilmiş, tənha və xəyanət qurbanı kimi hiss etdilər. Elə o zamankı Qahirə qəzetləri də Misir ordusunun qələbələrindən, “sionistlərin məğlubiyyətindən” yazırdı.

 

Eyni şeyi Ermənistanın hərbi rəhbərliyi və əlindəki erməni mediası da etdi. İnternetdə erməni ordusunun zabitlərinin döyüş sahəsindən qaçaraq əsgərləri necə tərk etdikləri barədə hekayələri yer alan minlərlər video var. Bundan əlavə, Azərbaycan Ordusu metodik olaraq getdikcə daha çox yeni yaşayış məntəqələrini azad edərkən, erməni yalanlarının carçıları, hər növ artsrun ovhannisyanlar və şuşan stepanyanlar timsalında xalqlarının qulağına “qələbələr” haqqında əriştələr asırdılar. Daha sonra məğlubiyyətlər “taktiki geri çəkilmələrə” çevrilirdi. Sonda, bildiyiniz kimi, hər şey mif müəlliflərinin yalan danışdıqlarını etiraf etmələri ilə nəticələndi. Eyni zamanda, belə etiraflardan sonra da günahı yuxarı rəhbərliyin üzərinə atmağa davam edirlər. Bu yalançılar, sonsuz yalanları nəticəsində minlərlə erməni əsgərinin öldüyünü düşünmək belə, istəmirlər.

 

Nasserin və bütün Misir mediasının, altı günlük müharibədəki dağıdıcı məğlubiyyətdən öz vətəndaşlarının mənəvi və psixoloji travmalarını yumşaltmağa çalışdıqları, buna görə İsrail tərəfində ABŞ və Böyük Britaniyanın döyüşdüyü barədə şayiələr yaydığı da məlumdur. Eynilə Paşinyan və onun təbliğatçıları məğlub olan erməni cəmiyyətini Türkiyə, İsrail, Pakistan və az qala yadplanetlilərin Azərbaycanın tərəfində vuruşduğuna inandırmağa çalışırlar.

 

Azərbaycanda bütün bu qəribəlikləri xüsusi bir maraq olmadan izləyirlər. İsrailin bəzi ərəb ölkələrinin ona qarşı davamlı təhdidlərinə baxdığı kimi, biz də müttəfiqlərinin Ermənistana verdiyi dəstəyə baxırıq. Müharibədə qalib gəldik və indi Vətənimizin işğaldan azad edilmiş ərazilərini necə sürətli və səmərəli şəkildə yenidən quracağımızı düşünürük.

Müəllif: Əkbər Həsənov      20 Dekabr 2020 14:19
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin