Əsas səhifə Haqqımızda Xəbər lenti

Dünyada koronavirusa yoluxanların sayı 75 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 75 milyonu keçib

Yoluxma sayına görə ABŞ birinci yerdədir 

 

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 75 milyon nəfəri ötüb.
 
AYNA-nın məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
 
Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 75 084 964 nəfərə çatıb. Onlardan 1 665 008 nəfəri ölüb, 42 464 023 nəfəri isə sağalıb.
 
Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (17 214 177), Hindistanda (9 979 447) və Braziliyada (7 110 434) qeydə alınıb.
Müəllif: Ayna.az      19 Dekabr 2020 06:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin