Əsas səhifə Haqqımızda Xəbər lenti

Sarkisyan: “Mənəvi və maddi olaraq mövcud deyilik”

Sarkisyan: “Mənəvi və maddi olaraq mövcud deyilik”

“Ermənistan çöküb, hər sahədə böhranlı vəziyyət yaşanır”

 

Ermənistanın beynəlxalq məsələlər üzrə tanınmış eksperti Suren Sarkisyan İkinci Qarabağ müharibəsinin ölkəsini çökdürdüyünü deyir. AYNA erməni mediasına istinadən bildirir ki, Sarkisyan Ermənistanın hər sahədə böhrana yuvarlandığını söyləyib.

 

Ekspert böhranı bəndlərlə izah edib:

 

1. Daxili siyasi böhran artıq mövcuddur. Bu, zamanla dərinləşəcək və güclənəcək. Vətəndaş müharibəsi ifadəsindən çəkinəcəm, amma tariximizdə belə bir nifrət və dözümsüzlük dozasını xatırlamıram. Ona görə də, silahlı hücumların və intiqamın baş verəcəyi istisna deyil.

 

2. Xarici siyasətdə böhran bizim üçün yeni bir böhran olacaq. Yeni regional reallıqlar, Türkiyənin regional nüfuzunun güclənməsi, subyektivliyimizin səviyyəsinin azalması, təhlükəsizliyimizin prioriteti və digər amillər nəzərə alınmaqla qurulacaq.

 

3. İqtisadi böhran artıq mövcuddur. Mövcud yaxşı bazanı nəzərə alsaq, yalnız bank sistemi hələ ki, çökməyib. Ancaq bu da uzun sürməyəcək. Xarici və ya daxili investisiya olmayacaq. Bazar böyüməyəcək və biz heç kimə maraqlı olmayacağıq. İqtisadi itkilər fəlakətlidir.

 

4. Mənəvi və psixoloji böhran izah edilə bilməz dərəcədə dərinləşəcək. Bu böhrana müqavimət göstərmək mümkün olmayacaq. Pandemiya və qapalı sərhədlər mühacirətə mane olur, lakin bu həm də zaman məsələsidir. Mənəvi və maddi olaraq mövcud deyilik. Millət yatmır. Gecə istənilən vaxt “Facebook”a girsəniz, hamı onlayndır və depressiyadadır.

 

Sarkisyan hesab edir ki, bütün bu problemlərin bir həlli yolu var: bacarıqsız kadrlar sıradan çıxarılmalı, bütün sahələrə ixtisaslı və bacarıqlı kadrlar cəlb edilməlidir: “Əlbətdə, Ermənistanı məhv etmək planlaşdırılmırsa...”.

Müəllif: Ayna.az      18 Dekabr 2020 14:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin