Əsas səhifə Haqqımızda Xəbər lenti

İranın Ali Təhlükəsizlik Şurasının rəhbəri ABŞ-ı təhdid edib

İranın Ali Təhlükəsizlik Şurasının rəhbəri ABŞ-ı təhdid edib

"İran danışıqlara heç vaxt razı olamaycaq"

 

İranın Ali Təhlükəsizlik Şurasının rəhbəri və Ayətullah Əli Xamneyinin müşaviri Əli Şəmhani qalmaqallı açıqlama ilə gündəmə gəlib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Şəmhani, İranın 2105-ci ildə nüvə sazişinə imza atmasının bir xəta olduğunu açıqlayıb.  

 

Əli Şəmhani media mənsublarına verdiyi açıqlamada, ABŞ prezidenti Donald Trampın təşkil etdiyi nüvə sazişinə İranın əvvəldən qarşı çıxmalı olduğunun tərəfdarı olduğunu qeyd edib.

 

Şəmhaninin qərb mediasına verdiyi açıqlamada, bölgədəki gərginliyin və şiddətin əsas mənbəyi olaraq ABŞ-ı gördüyü qeyd olunub. ABŞ-ın İrana qarşı təzyiq göstərməsini bildirən Şəmhani, Trump adminstrasiyasını təhdid etməkdən də çəkinməyib.

 

ABŞ İrana qarşı təşkil etdiyi sanksiyalardan əl çəkmədikcə, İran danışıqlara heç vaxt razı olamaycaq, - deyə, Əli Şəmhani əlavə edib.

Müəllif: Ayna.az      20 Avqust 2019 20:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin