Əsas səhifə Haqqımızda Xəbər lenti

Yanğınla bağlı xəstəxanaya yerləşdirilənlərdən 5 nəfəri evə buraxılıb

Yanğınla bağlı xəstəxanaya yerləşdirilənlərdən 5 nəfəri evə buraxılıb

Xəsarət alanlardan 2-si hazırda xəstəxanada müalicələrini davam etdirir

 

Xəbər verdiyimiz kimi, Şabran şəhərində yerləşən yaşayış binalarından birində yanğın baş verib. Yanğın hadisəsi ilə bağlı xəstəxanaya 7 nəfər gətirilib. 51 yaşlı kişi sağ topuğun kəsilmiş yarası, 29 yaşlı kişi və 16, 42, 35, 24 və 30 yaşlı qadınlar isə stress və tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər.

 

Səhiyyə Nazirliyindən AYNA-ya verilən məlumata görə, xəsarət alanlardan 2-si hazırda xəstəxanada müalicələrini davam etdirir. Digər xəstələr ambulator müalicə üçün evə buraxılıblar.

 

Qeyd edək ki, xəstəxanada qalanlar 30 və 42 yaşlı qadınlardır.

Müəllif: Ayna.az      20 Avqust 2019 17:12
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin