Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıdakı modul tipli xəstəxanalarda kütləvi zəhərlənmə - RƏSMİ

Bakıdakı modul tipli xəstəxanalarda kütləvi zəhərlənmə -     RƏSMİ

TƏBİB: Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər xüsusi nəzarətə götürülüb

 

9 dekabr tarixində Bakı şəhərində bir neçə tibb müəssisəsində xəstələr və həkimlər arasında qidadan zəhərlənmə halı qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.az-ın sorğusuna cavab olaraq məlumat verilib.

 

Paytaxtdakı modul tipli xəstəxanalarda zəhərlənmə ilə bağlı iddialar təsdiqini tapıb: “Zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər xüsusi nəzarətə götürülüb. Zərərçəkənlər zəruri tibbi müayinələrdən keçirilib və onlara müvafiq tibbi yardım göstərilib. Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində xəstələrin vəziyyəti stabilləşib. TƏBİB nümayəndələri zərərçəkənlərə baş çəkib, onların vəziyyətləri ilə maraqlanıb. Yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat verilib. Hazırda AQTA və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır. Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb”.

Müəllif: Ayna.az      10 Dekabr 2020 13:39
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin