Əsas səhifə Haqqımızda Xəbər lenti

Qələbə paradı dekabrın 10-da keçiriləcək - RƏSMİ

Qələbə paradı dekabrın 10-da keçiriləcək -   RƏSMİ

Hərbi parada hazırlıq məşqləri davam edir

 

Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradın keçiriləcəyi tarix məlum olub. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.

 

Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Müəllif: Ayna.az      5 Dekabr 2020 18:02
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin