Əsas səhifə Haqqımızda Xəbər lenti

“Rusiyanın Türkiyə ilə prinsipial fikir ayrılığı yoxdur” - Lavrov

“Rusiyanın Türkiyə ilə prinsipial fikir ayrılığı yoxdur” -       Lavrov

Rusiya XİN başçısı: "Türkiyənin NATO-ya üzvlüyü bizim üçün heç bir maneə deyil”

 

Türkiyənin NATO-ya üzvlüyü, həmçinin xarici siyasətin bəzi məsələləri ilə bağlı fikir ayrılıqları Rusiyanı narahat etmir, ölkələr arasında prinsipial ziddiyət yoxdur.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Aralıq dənizi: Roma dialoqu” mövzusunda beynəlxalq konfransda deyib.

 

“Bizim Türkiyə ilə hər hansı prinsipial fikir ayrılığımız yoxdur. Əminəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlər iki müstəqil ölkənin öz siyasətini həyata keçirmək üçün birlikdə necə çalışdığına nümunədir. Onlar heç kim qarşısında əyilmirlər, ultimatum irəli sürmürlər, kənardan təsirə məruz qalmırlar. Odur ki, Türkiyənin NATO-ya üzvlüyü bizim üçün heç bir maneə deyil”, - “TASS” Rusiya XİN başçısının sözlərini sitat gətirir.

Müəllif: Ayna.az      5 Dekabr 2020 08:35
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin