Olivye Jiru ən yaxşı futbolçu olub
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
AYNA xəbər verir ki, bu ada İngiltərənin “Çelsi” klubunun hücumçusu Olivye Jiru layiq görülüb.
34 yaşlı forvard İspaniyada “Sevilya”nı 4:0 hesabı ilə məğlub etdikləri matçda poker edib.
Həftənin ən yaxşısı adına “İnter”dən Romelu Lukaku, “Zalsburq”dan Merqim Berişa və “Başakşəhər”dən İrfan Can Kahveci də namizəd idi.
Ən son xəbərləri səhifəmizdən də izləyin