Əsas səhifə Haqqımızda Xəbər lenti

Yaşadığı ünvanı tərk edən daha bir COVID-19 xəstəsi saxlanılıb

Yaşadığı ünvanı tərk edən daha bir COVID-19 xəstəsi saxlanılıb

Polis vətəndaşla profilaktiki mövzuda söhbətlər aparıb

 

Ucarda karantin qaydalarını pozaraq yaşayış yerini tərk edən koronavirus xəstəsi barədə qanunamüvafiq tədbir görülüb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 xəstəsi kimi qeydiyyatda olan rayon sakini V. Zülfüqarovun yaşadığı ünvanı tərk edərək karantin qaydalarını kobud şəkildə pozduğu müəyyən edilib. Həmin şəxs müəyyən edildiyi ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı ünvana aparılıb. Onunla profilaktiki mövzuda söhbətlər aparılıb, təyin edilmiş müalicənin davam etdirilməsi üçün evdə qalmağının zəruriliyi diqqətinə çatdırılıb. Ucar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 

Qeyd edək ki, Bakıda və rayonlarda polis mütəmadi olaraq reyd keçirir. Hər gün bir neçə nəfər koronavirus xəstəsi qanunsuz olaraq yaşadığı mənzili tərk etdiyi, ətrafdakı insanlara təhlükə yaratdığı üçün saxlanılır.

Müəllif: Ayna.az      4 Dekabr 2020 16:56
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin