Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiyalı jurnalistlər İstanbulda naməlum şəxslər tərəfindən saxlanılıblar

Rusiyalı jurnalistlər İstanbulda naməlum şəxslər tərəfindən saxlanılıblar

NTV telekanalının əməkdaşlarının harada olduqları bilinmir

 

Türkiyənin İstanbul şəhərində Rusiyanın NTV telekanalının jurnalistləri Aleksey Petruşko və İvan Malışkin tutulub. AYNA-nın xəbərinə görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin “Facebook” səhifəsində məlumat verilib.

 

XİN-nin məlumatına görə, NTV əməkdaşları dekabrın 3-də əlaqə saxlayıblar və naməlum şəxslər tərəfindən saxlanılaraq, bilinməyən yerə aparıldıqlarını deyiblər.

 

“Rusiyanın Türkiyədəki səfirliyi və İstanbuldakı Baş Konsulluğu Türkiyə səlahiyyətliləri ilə əlaqə qurub. Jurnalistlərin ehtimal olunan həbsləri barədə məlumatlar dəqiqləşdirilir. Jurnalistlərlə bağlı lazımi səylər göstərilir”, - deyə XİN-in açıqlamasında vurğulanıb.

 

Rusiya tərəfi Türkiyə tərəfinin təcili yardım göstərəcəyinə ümid edir.

Müəllif: Ayna.az      4 Dekabr 2020 16:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin