Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda bir dəqiqəlik sükut: Şəhidlərimiz anıldı

Azərbaycanda bir dəqiqəlik sükut:   Şəhidlərimiz anıldı

Ölkə ərazisində bayraqlar endirildi, nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırıldı

 

Bu gün saat 12:00-da Azərbaycanda Vətən müharibəsinin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. AYNA xəbər verir ki, saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb, Bakı buxtasındakı gəmilər, qatarlar fit verib.

 

Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrdə və gəmilərdə dövlət bayraqları endirilib.

 

Xatırladaq ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilib.

 

Ermənistanın 27 sentyabr 2020-ci ildə ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür.

 

Anımın simvolu Xarıbülbüldür.

Müəllif: Ayna.az      4 Dekabr 2020 12:01
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin