Əsas səhifə Haqqımızda Xəbər lenti

“Qarabağ” bu gün “Makkabi” ilə qarşılaşacaq

“Qarabağ” bu gün “Makkabi” ilə qarşılaşacaq

İstanbulda oynanacaq matçda Ağdam təmsilçisi meydana itkilərlə çıxacaq

 

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turunda İsrailin “Makkabi” komandası ilə qarşılaşacaq. AYNA-nın xəbərinə görə, Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

 

Azərbaycan çempionu matça ciddi itkilərlə çıxacaq. Komandanın ən böyük çatışmazlığı baş məşqçi Qurban Qurbanovun texniki zonada yer almaması olacaq. Qırx səkkiz yaşlı mütəxəssis koronavirusa yoluxduğu üçün Türkiyəyə getməyib. Mahir Emreli, Maksim Medvedev və Abbas Hüseynov da eyni səbəbdən oyunda iştirak edə bilməyəcəklər.

 

Bu oyun qrupda heç bir iddiası qalmayan Azərbaycan çempionu üçün formal xarakter daşıyacaq.

 

Hazırda I qrupa 10 xalla İspaniyanın “Vilyarreal” komandası başçılıq edir. Təl-Əviv təmsilçisi 7 xalla ikinci, “Sivasspor” klubu isə 6 xalla üçüncü sırada qərarlaşıb. “Qarabağ” isə bütün görüşlərdə məğlub olub.

Müəllif: Ayna.az      3 Dekabr 2020 13:12
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin