Əsas səhifə Haqqımızda Xəbər lenti

Ronaldo Messinin rekordunu üstələyib

Ronaldo Messinin rekordunu üstələyib

Dünənə qədər Messi aktivindəki 70 qolla birinci idi

 

"Yuventus" UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun matçında Kiyev "Dinamo"sunu qəbul edib.

 

AYNA xəbər verir ki, görüş Turində (İtaliya) "Alyans — Yuventus" stadionunda keçirilib və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Turin klubunun qollarından birini 57-ci dəqiqədə hücumçu Kriştianu Ronaldo vurub. Portuqaliyalı bununla Çempionlar Liqasında özünün 71-ci ev qoluna imza atıb və həmin göstərici üzrə rekordçu, "Barselona"nın hücumçusu Lionel Messini ötüb. Dünənə qədər Messi aktivindəki 70 qolla birinci idi.

 

Bu, həmçinin Ronaldonun karyerasında 750-ci qolu olub.

 

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulub.

Müəllif: Ayna.az      3 Dekabr 2020 08:12
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin