Hamilə qadınların qoxusu kişilərdə fərqli hiss yaradır

Hamilə qadınların qoxusu kişilərdə fərqli hiss yaradır

Hamiləlikdən sonra qadınlardan gələn qoxunun insanın psixologiyasının və davranışlarının dəyişməsi üçün yetərli olduğu bildirilir.

 

Hamilə və dünyaya yeni uşaq gətirmiş qadınların qoxusunun atanın körpələrə diqqətini artırdığı ortaya çıxıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, “Newcastle” və “Stirling” universitetlərinin alimləri yeni ana olmuş qadınların qoxusu ilə kişilərin körpələrinin üzünə baxmaq istəyi arasındakı əlaqələri araşdırıblar. Araşdırmaya 19-44 yaş aralığında 91 kişi cəlb edilib və həmin kişilərdən müxtəlif qoxuları ən azı 10 dəqiqə qoxlamaları tələb olunub.

 

Tədqiqat zamanı istifadə edilən nümunələr arasında həmin dövrdə yenicə ana olmuş 27-33 yaş arası 5 qadının qoxusu da daxil edilib. Bu nümunələr hamiləliyin birinci mərhələsində, son mərhələsində və doğuşdan sonrakı mərhələdə toplanıb. Nümunələri götürmək üçün makiyaj pambıqları qadınların köynəklərinə tikilib və 24 saat saxlanılıb. Həmin üsulla 24-29 yaş arasında 5 hamilə olmayan qadından da nümunələr götürülüb.

 

Sorğu iştirakçılarına araşdırmadan öncə və sonra doldurmaq üçün iki anket verilib. İştirakçılara sonra kişi, qadın və körpə şəkillərinə baxmaq istədikləri zamanı qısaltmaq və ya uzatmaq üçün düymələrə basmaları bildirilib.

 

Analıq dövrünün ilk mərhələsinin qoxusunu qoxlayan kişilərin həmin qoxunu qoxlamayan kişilərə nisbətən daha çox körpə şəkillərinə baxdıqları müşahidə olunub. Araşdırmanı aparan alimlər hamiləliyin son mərhələsinin qoxusunun kişilərdə körpə şəkillərinə baxmaq istəyini daha da artırdığını müəyyən ediblər.

 

Araşdırmaların nəticələrinin yayımlandığı “Physiology & Behavior” adlı elmi jurnalda yer almış məqalədə qeyd olunub ki, hamilə qadınların qoxusu kişilərdə valideynlik məsuliyyətinin formalaşmasında daha təsirli olacaq.

Müəllif: Ayna.az      19 İyun 2019 13:28
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin