Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda koronavirusa ailədaxili yoluxmalar artıb

Azərbaycanda koronavirusa ailədaxili yoluxmalar artıb

Professor: “Ağciyərlərin zədələnməsi yalnız ağırlaşma hallarında müşahidə olunur”

 

Bu gün Azərbaycanda koronavirusa (COVID-19) ailədaxili yoluxmaların sayı artıb. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində professoru Akif Qurbanov bildirib.

 

Professor vurğulayıb ki, hazırda ev şəraitində müalicə olunan çoxsaylı koronavirus xəstələri var: “Həmin xəstələr virus mənbəyidir. Əgər xəstə özünü təcrid etməsə, ailənin digər üzvlərini də yoluxdurur. Bu səbəbdən də, həmin xəstə özünü təcrid etməli, eyni zamanda, evdə olan digər şəxslər də özlərini qorumalıdırlar”.

 

“Təəssüf ki, əhalimiz xəstəlik haqqında kifayət qədər məlumatlı deyil. Bir şəxs soyuqlama olanda dərhal xəstəxanaya müraciət edir, ağciyərləri rentgen və ya KT müayinəsindən çıxır. Heç bir xəstəlik olmayanda rahat gəzməyə başlayır. Nəzərə almaq lazımdır ki, ağciyərlərin zədələnməsi yalnız ağırlaşma hallarında müşahidə olunur. Xəstəliyin başlanğıcında, ortasında və ya sonunda ağciyərin zədələnməsi aşkarlanmır. Ona görə də, xəstəliyin diaqnozu üçün PZR test etdirməlidir”, - deyə professor bildirib. 

Müəllif: Ayna.az      2 Dekabr 2020 15:52
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin