Əsas səhifə Haqqımızda Xəbər lenti

Ölkəmizdə koronavirusa yoluxanların 81 faizi xəstəliyi yüngül keçirir

Ölkəmizdə koronavirusa yoluxanların 81 faizi xəstəliyi yüngül keçirir

Nəzrin Mustafayeva: “Ürək damar xəstəlikləri olanlarda, şəkərli diabet, xərçəng xəstələrində ağırlaşma halları daha çox müşahidə olunur”

 

Azərbaycanda koronavirusdan ağırlaşmalar xroniki xəstəlikləri olan şəxslərdə daha çox müşahidə edilir. AYNA-nın xəbərinə görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) keçirdiyi brifinqdə qurumun İnfeksion Xəstəliklər üzrə İşçi Qrupunun üzvü Nəzrin Mustafayeva bildirib.

 

Mustafayeva qeyd edib ki, ürək damar xəstəlikləri olanlarda, şəkərli diabet, xərçəng xəstələrində ağırlaşma halları daha çox müşahidə olunur.

 

“Ölkəmizdə COVID-19-a yoluxanlardan 81 faizi xəstəliyi yüngül simptomlarla keçirirlər. Bu gün bəzi şəxslər xəstəxanalara axın edirlər, bəziləri isə həkimlərin təyin etmədiyi müalicələrə yönəlirlər. Son günlər əhali arasında sistem vurulması halları da çoxalıb. Amma xəstəliyin sonrakı günlərində bu insanlar daha da ağırlaşmış halda xəstəxanalara müraciət edirlər”, - deyə TƏBİB rəsmisi qeyd edib.

 

O, bildirib ki, testin nəticəsi pozitiv olan bəzi şəxslər yaşadığı yerləri tərk edirlər: “Bu da onların özü və ətrafdakılar üçün təhlükə yaradır. Bu şəxsləri karantin qaydaların ciddi şəkildə riayət etməyə çağrırıq”.

Müəllif: Ayna.az      2 Dekabr 2020 14:23
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin