Əsas səhifə Haqqımızda Xəbər lenti

Dünyada COVID-19-a yoluxanların sayı 64 milyonu ötüb

Dünyada COVID-19-a yoluxanların sayı 64 milyonu ötüb

Hazırda dünyada 18 306 876 aktiv koronavirus xəstəsi var 

 

Dünyada yeni növ koronavirus (“COVID-19”) infeksiyasına yoluxanların sayı 64 milyonu ötüb. AYNA bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

 

Belə ki, indiyədək 64 116 404 nəfər koronavirusa yoluxub, 1 484 812 nəfər bu virusdan dünyasını dəyişib, 44 324 716 nəfər sağalıb.

 

Hazırda dünyada 18 306 876 aktiv koronavirus xəstəsi var ki, onlardan da 105,798-nin vəziyyəti ağır qiymətləndirilir.

 

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib

Müəllif: Ayna.az      2 Dekabr 2020 08:07
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin