Əsas səhifə Haqqımızda Xəbər lenti

Bank əmanətlərinin tam kompensasiya müddəti başa çatır: Yenidən uzadılmazsa...

Bank əmanətlərinin tam kompensasiya müddəti başa çatır:       Yenidən uzadılmazsa...

Əkrəm Həsənov: “Hökumət qanunun həmin tarixdən sonra uzadılıb-uzadılmayacağına qərar verməlidir”

 

Samir Əliyev: “Fərdi şəxslərin əmanətlərinin tam təminatı kapitalın iri banklarda cəmləşməsinə gətirib çıxarır”

 

Dekabr ayının əvvəlində bank əmanətlərinin tam sığortası ilə bağlı qanunun vaxtı başa çatır. Vətəndaşların ölkənin kredit və maliyyə təşkilatlarındakı əmanətlərinin tam kompensiyası mexanizmi 2016-cı ilin martında qəbul edilmişdi, üç ildir fəaliyyət göstərir. Keçən il əmanətlərin tam sığortalanması təcrübəsi daha bir il - bu il dekabrın 4-dək uzadıldı. Qanunun önümüzdəki ildə uzadılacağı gözlənilirmi, hələ məlum deyil.

 

Bank-maliyyə eksperti Əkrəm Həsənov AYNA-ya açıqlamasında deyib ki, qanun uzadılmazsa, əmanətçilər mövcud əmanət sığortası qanununa görə, yalnız 30.000 manatdan çox olmayan bir məbləğ alacaqlar: “Düşünürəm ki, hökumət qanunun həmin tarixdən sonra uzadılıb-uzadılmayacağına qərar verməlidir. İstəyənlər əmanətlərini banklardan geri çəkə bilərlər, çünki qanuna görə, bir əmanətçi müddətli depozitini tələb edə bilər - onun tələbi ilə məbləğin 20%-i dərhal, qalan hissəsi isə beş iş günü ərzində qaytarılmalıdır”.

Əkrəm Həsənov: “Regionlarımızda vəkillərə böyük ehtiyac var”

Həsənovun sözlərinə görə, bu münasibətlə banklardan ciddi depozit axını olmayacaq: “Çünki iki ildir bu qanunun qüvvəsini itirəcəyi gözlənilirdi, amma nəticədə hər dəfə bu müddət uzadılır. Buna görə də çoxları ümidlərini üzmürlər. Hətta, daha çox insan, düşünürəm ki, bu müddət ərzində sadəcə bir məbləği bölüşdürdü – bir neçə bankın hərəsinə sığortalı olan 30.000 manatdan pul qoydu. Və ya iri məbləği iflas riski ilə təhdid edilməyən böyük banklara qoydu”.

 

İqtisadçı-ekspert Samir Əliyev isə hesab edir ki, əmanətlərin tam sığortalanması öz ömrünü yaşayıb və bu qanunla vidalaşmağın vaxtı gəlib. “Son dörd bağlanan bankın təcrübəsi göstərdi ki, tam sığorta mexanizmi bir çox problemlər yaradır. Bununla birlikdə, yalnız məhdud kompensasiya təmin edən və gələn həftə qüvvəyə minəcək qanunun da təkmilləşdirilməsi lazımdır”, - deyə o, AYNA-ya danışıb.

Samir Əliyev: Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil

“Depozitlər üçün sərhədsiz kompensasiya sisteminin tətbiqi tarixinin özü 2015-ci ildən başlayır. Sonra iqtisadi böhran və neft qiymətlərinin düşməsi şəraitində hökumət banklara və əmanətçilərə dəstək verməyə qərar verdi, nəticədə ölkədə fiziki şəxslərin əmanətlərinin itirilməsinin qarşısını almaq üçün hazırlanmış “Depozitlərə tam kompensasiya haqqında” qanun qəbul edildi. Bu qərar məntiqdən məhrum deyildi, çünki neft qiymətlərinin düşməsi və bank böhranı sonrasında banklardan kütləvi depozit axını başladı. Tam kompensasiya sistemi sabitliyin əldə olunmasına kömək etdi, lakin bu təcrübə uzun müddət davam etdirilə bilməz”, - ekspert bildirib.

 

Əliyev bu sistemin əsas çatışmazlığını Əmanətlərin Sığortalanması Fondunun qapalı bankların ən böyük kreditoruna çevrilməsində görür: “Bu vəziyyətdə məlum olur ki, bankdakı əmanətlər nə qədər çox qorunursa, sığortalanmamış kreditorların pullarını geri qaytarmaq şansı da o qədər az olur. Buna əlavə olaraq, fərdi şəxslərin əmanətlərinin tam təminatı kapitalın iri banklarda cəmləşməsinə gətirib çıxarır. 2006-cı ildə qəbul edilmiş “Əmanətlərin sığortalanması haqqında” qanununun tələbləri yeni ildən qüvvəyə minəcək. Eyni zamanda, bu sənədlər arasındakı fərq yalnız təzminat məbləğindədir. Yəni, tam sığorta mexanizmi ləğv edildikdən sonra, qapalı banklardakı əmanətlərə görə təzminat məbləği 30 min manatı və ya mövcud məzənnə ilə 17647 dolları keçməyəcək”.

Müəllif: Tanya Samsonova      2 Dekabr 2020 13:22
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin