Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan-Ermənistan: İqtisadi münasibətlərın bərpası və cavab axtaran suallar

Azərbaycan-Ermənistan: İqtisadi münasibətlərın bərpası və cavab axtaran suallar

Bölgəmizdə yeni iqtisadi-siyasi reallıq yaranır, amma vəziyyətin müsbətə doğru inkişafı üçün nələr etməli?

 

Azərbaycan Prezidenti İlham Əliyev artıq Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası üçün ilkin təlimat verildiyini açıqladı. Ermənistan Baş naziri Nikol Paşinyan isə TASS-a verdiyi müsahibəsində, Bakı ilə nəqliyyat əlaqələrinin blokdan çıxarılmasının bölgənin bütün inkişaf istiqamətlərini dəyişdirəcəyinə inandığını söylədi.

 

Ermənistan hökumətinin başçısı bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması barədə üçtərəfli ortaq bəyanatda xatırlanan sualı cavablandırarkən bu bəndin əhəmiyyətinə diqqət çəkdi: “Düşünürəm ki, yaxın gələcəkdə buna diqqət yetirməliyik. Çünki təkcə Ermənistanda deyil, bütün bölgədə iqtisadi sabitləşmədən danışarkən konkret addımlar atmalıyıq. Ermənistanda yaranan iqtisadi vəziyyətdən bəhs edirik, ancaq bütün bölgə ölkələrində və dünyada iqtisadi vəziyyətin çox yaxşı olmadığını və bunun koronavirus pandemiyası ilə əlaqəli olduğunu bildirmək lazımdır. Yəni bu, qlobal bir problemdir, regional bir problemdir və əlbəttə ki, nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması ilə bağlı mövcud olan siyasi razılaşma, yalnız bölgədəki iqtisadi vəziyyətin deyil, eyni zamanda bölgəmizdəki iqtisadi inkişafın bütün məntiqinin dəyişdirilməsi üçün başlanğıc nöqtəsi ola bilər. Ümid edirəm ki, ortaq bəyanatda yer alan siyasi razılaşmaları həyata keçirə biləcəyik. Xüsusilə iqtisadi infrastrukturun, dəmir yollarının və s. blokdan çıxarılmasını nəzərdə tuturam”.

 

Yəni əslində, bu deblokada Azərbaycanla Ermənistan arasında iqtisadi münasibətlərin bərpasına yol açır. Bu cür qarşılıqlı əlaqələrin perspektivlərini və potensialını necə qiymətləndirmək olar? Bütün siyasi fikir ayrılıqlarını həll etdikdən sonra ölkələrimiz bir-birindən nə fayda görə bilər?

 

AYNA-nın suallarını ölkəmizin tanınmış ekspertləri cavablandırıblar.

 

Politoloq Zərdüşt Əlizadə:

Zərdüşt Əlizadə: “Nazir olmaq üçün xalqı bada verməyə o qədər adam hazırdır  ki...” (MÜSAHİBƏ)

“Ermənistan Baş nazirinin bölgə ölkələri arasında dövlətlərarası münasibətlərin normallaşması perspektivləri barədə müsbət danışması çox ürəkaçan bir işarədir. Son 30 il ərzində, ilk növbədə Azərbaycan və Ermənistan arasında, Ermənistan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli iqtisadi və humanitar əlaqələrin bərpası yolu ilə böyük barışıq potensialından yazırdım. Bu cür əlaqələr yalnız əhalinin iqtisadi rifahına müsbət təsir göstərməyəcək, həm də xəstə ictimai şüuru dəyişdirməyə başlayacaq. Gec olsun, güc olsun. Qanlı müharibədən sonra Ermənistanla qonşuları arasındakı münasibətlərin tədricən sivil dünyanın normalarına uyğunlaşmağa başladığı görünür”.

 

İqtisadçı-ekspert İlham Şaban:

İlham Şaban: “Çindən gələn xəbərlər bazara daha ciddi təsir edir”

“İkitərəfli münasibətlər üçün, əlbəttə ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması lazımdır. Düşünmürəm ki, rəsmi Bakı Yaponiya və Rusiya kimi Ermənistanla iqtisadi əlaqələrin inkişafına başlayacaq. Fakt budur ki, Yaponiya təslim olma aktını imzaladı və məğlubiyyətini etiraf etdi. Rəsmi İrəvan, gördüyümüz kimi, bu gün revanşist hisslərlə yaşayır. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi sərhədlərini tanımalıdır, əks halda inkişaf edəcəyi ehtimalı yoxdur - bu ölkənin Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu bağlantısı olsa belə. Rəsmi Bakı hansı növ yüklərin və yalnız Rusiya Federasiyasından Ermənistan ərazisinə daxil ola biləcəyinə ciddi nəzarət edəcək”.

 

Beynəlxalq məsələlər üzrə ekspert İlqar Vəlizadə:

İlqar Vəlizadə: “Prezident seçkilərinin nəticəsindən sonra sazişin bərpası  mümkündür”

“Hələlik, əlbəttə ki, ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışmaq tezdir - bunun üçün hələ çox işlər görülməlidir. Xüsusilə, Azərbaycan ilə Ermənistan arasında hələ diplomatik əlaqələr yoxdur və bu səbəbdən də ticarət və iqtisadi əlaqələrin bərpa olunması barədə indi tam şəkildə danışmaq mümkün olmadığı aydındır. Son açıqlamalardan belə çıxır ki, “Rusiya Dəmir Yolları”nın törəməsi olan “Cənubi Qafqaz Dəmir Yolu”, Ermənistan ərazisindən Naxçıvana gedən marşrut hissəsini, habelə bu ölkənin dəmir yolu infrastrukturuna yatırılan Ermənistandakı aktivlərini bərpa edəcək və istifadə edəcək. Bu, Rusiya Federasiyasından Ermənistana yüklərin daşınmasının operator – “Cənubi Qafqaz Dəmir Yolu” (CQDY) vasitəsi ilə həyata keçiriləcəyini göstərə bilər. Və bu, Ermənistan Dəmir Yolu deyil.

 

Malların ərazisindən keçməsinə görə də Azərbaycana müvafiq rüsumu da CQDY ödəyəcək. Çünki dəmir yolu operatoru məhz bu təşkilatdır. Aydın məsələdir ki, Azərbaycan da bu marşrutlardan istifadə edə bilər - mallarını Mehri ilə Naxçıvana, daha sonra Türkiyə istiqamətində göndərə bilər. Bunun üçün bu gün Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi üçün bir layihə həyata keçirilir. Azərbaycan bütün əlaqələri yaxşı münasibətlərimiz olduğu “Rusiya Dəmir Yolları” ASC ilə quracaq”.

Müəllif: Rauf Orucov      1 Dekabr 2020 23:20
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin