Əsas səhifə Haqqımızda Xəbər lenti

Putinin şəxsi mühafizəçisi intihar edib

Putinin şəxsi mühafizəçisi intihar edib

Zaxarov Kreml ərazisində özünü öldürüb

 

Rusiya Federal Mühafizə Xidmətinin (FSO) əməkdaşı Moskvada, Kreml ərazisində intihar edib. Bu barədə AYNA Rusiya mediasına istinadən bildirir.

 

Qeyd olunub ki, intihar edən şəxs Rusiya Prezidentinin şəxsi təhlükəsizliyindən məsul olan bölmənin əməkdaşı Mixail Zaxarovdur. Zaxarovun həmkarlarının dediklərinə görə, o, çox işləyirdi və son növbələrdən birində 15 saatdan çox işdə qalmaq məcburiyyətində olub.

 

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az      30 Noyabr 2020 15:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin