Əsas səhifə Haqqımızda Xəbər lenti

Rus sülhməramlıları Qarabağda: Görəsən, nə vaxta qədər?

Rus sülhməramlıları Qarabağda:       Görəsən, nə vaxta qədər?

Onlar heç vaxt özləri ilə barışıq gətirmirlərməramları da sülh olmur

 

Dekabrın 1-də Laçın bölgəsi Azərbaycanın nəzarətinə keçəndən sonra, Qarabağ uğrunda müharibədə operativ fasilə yaranacaq. Bunun nə qədər davam edəcəyini söyləmək çətindir. Lakin Moskva və İrəvanın status-kvo kimi qəbul etdiyi mövcud vəziyyətin müvəqqəti olması şübhəsizdir.

 

Bakıya görə, Dağlıq Qarabağ Azərbaycandır, lakin Rusiyada, Ermənistanda və məlum olduğu kimi Fransada bunu belə düşünmürlər. İlk baxışdan nə qədər qəribə görünsə də, burada hüquqi aspekt təkcə siyasi deyil, həm də məsələnin hərbi hissəsinə dirənir.

 

10 noyabrdan sonra Moskvada yazılanlara və deyilənlərə diqqət edək. Bir addımla müharibəni dayandıran və hətta, Cənubi Qafqazda yeni və daha sərfəli mövqelər qazanan Rusiyanın böyük qələbəsi barədə təbliğat tok-şoularını bir kənara qoyaq. Bu barədə birbaşa danışmırlar, ancaq indi Rusiya qoşunlarının da Azərbaycan ərazisində olması sətirlərarası çıxışlarda da əsas yeri tutur. Onlar Azərbaycanda yox idilər, amma indi varlar. Bu, Moskva üçün keçmiş müharibənin ən vacib nəticəsidir.

 

Rusiya sülhməramlılarının mövcudluğunun nəticəsi, ən azı Kremlin anlayışında, Dağlıq Qarabağın statusundakı bəzi qeyri-müəyyənliklərdir.

 

Dövlət Dumasının deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Konstantin Zatulinin yanaşmasına baxaq: “Çox güman ki, bununla bağlı bir siyasət olacaq: Artsax faktiki olaraq mövcud olacaq, eyni zamanda bir müddət tanınmayacaq. Və bəlkə də, uzun müddət. Bütün bunlardan sonra Dağlıq Qarabağın statusu məsələsinin qaldırılacağını və erməni tərəfinin razı qalacağı şəkildə həll ediləcəyini düşünmək indi qəribə olardı. Hər şeydən əvvəl məğlubiyyətdən nəticə çıxarmaq, güc toplamaq, müdafiə qabiliyyətini yeni səviyyəyə qaldırmaq, siyasi və iqtisadi böhranı aradan qaldırmaq lazımdır. Yalnız bundan sonra istədiyiniz Dağlıq Qarabağ statusunu necə əldə edəcəyimizi düşünə bilərik. Hər şeyin məhv edildiyi və Ermənistanda baş verənlərlə bağlı heç kimin heç bir şey edə bilməyəcəyi bir zamanda, status məsələsini qaldırmaq sadəcə epotaj bir müzakirədir”.

Sonuncu azərbaycanlı ailələrin qovulduğu gün

Başqa sözlə, Rusiya sülhməramlıları, Ermənistanın gələcək vəziyyətini bir şəkildə dəyişdirmək və Qarabağın Azərbaycan olması iddiasına meydan oxumaq üçün gələcək bir tramplin kimi Qarabağın bir parçasının mövcudluğunu təmin etməlidir. Hər hansı bir istisna olmadan.

 

Sözdə sülhməramlıların varlığının ikinci nəticəsi. Hadisələrə məhz bu kontekstdən yanaşmağımız təsadüfü deyil, çünki rus sülhməramlıları heç vaxt özləri ilə barışıq gətirmir və onların “sülhməramlı” adlandırılması kökündən səhvdir. Bunu Gürcüstan, Moldova və eyni Suriyanın acı təcrübəsi sübut edir. Sonuncuda ruslar onları sülhməramlı kimi göstərən “əncir yarpağını” atdılar və əsl müharibə apardılar. Rus sülhməramlıları heç bir yerə barışıq gətirməyib. Əksinə, mövcud olduqları yerdə münaqişələrin həll olunma şansı yoxdur. Yaxşı halda onlar olan yerdə münaqişələr dondurulur - Dnestryanı bölgədə olduğu kimi.

 

Növbəti sual Rusiyanın sülhməramlı əməliyyatının nə qədər davam edəcəyi ilə bağlıdır. Deyəsən, müddət müəyyənləşib - 5 il. Amma bu, yalnız kağız üzərindədir. Rusiyanın imzaladığı beynəlxalq sənədlərlə necə davrandığı, xüsusilə Ukrayna misalında yaxşı bilinir. Demək olar ki, belə sənədlər heç vaxt Moskva üçün bir məna daşımır.

 

Qeyd edək ki, Nikol Paşinyan artıq Qarabağdakı münaqişənin uzandığını söyləyir. Bu baxımdan, Rusiyadan göndərilən sülhməramlıların bu ərazidə beş ildən çox olacağını güman edir. Bu müddət ərzində, onun fikrincə, “bölgədə təhlükəsizlik və sabitlik təminatlarının yaradılması” lazım olacaq.

 

Eyni şeyi Moskvada da deyirlər, özü də kifayət qədər açıq şəkildə.  Cənubi Osetiya və Abxaziya xaricində, Cənubi Qafqazda Qarabağda müharibə başlamazdan əvvəl Rusiyanın Gümrüdə bir hərbi bazası var idi. Logistika cəhətdən tamamilə təcrid olunmuşdu. Hərbi yüklərin çatdırılmasının qarşısını almaq üçün Gürcüstanın hava məkanını və ərazisini bağlaması kifayət idi və İran sadəcə azərbaycanlılarla qarşıdurmanı qızışdırmamaq üçün bunu etmək məcburiyyətində qaldı. Necə deyərlər, nəticədə bazanın hərbi əhəmiyyəti sıfıra endi.

 

İndi sülhməramlı qüvvələrin olması Moskvaya Tiflisdən Ermənistan və Azərbaycan ərazisindəki qüvvələrinin döyüş hazırlığını qorumaq üçün dəhlizlərin açılmasını tələb etməyə əsas verir və bu, İrəvan tərəfindən dəstəklənəcək. Onların necə adlandırılmasının heç bir əhəmiyyəti yoxdur. Və deyəsən, Gürcüstan imtina edə bilməyəcək. Axı, o, başdan bəri barışığın tərəfdarı idi. Diqqət yetirin ki, Moskva bir şəkildə hiss olunmadan Gürcüstana əlavə təzyiq rıçaqı qazandı. İndi bunun üzərində dayanmayacağıq, amma şübhəsiz ki, bu vəziyyət Tiflisdəki məsul siyasətçilər və hərbçilər arasında gərginliyə səbəb olub.

Ermənistan MN rus hərbi bazasını çıxartmaq barədə

Moskvanın Qarabağdakı kontingentini Bakıya təzyiq göstərmək üçün əldə edilmiş bir fürsət kimi qəbul etdiyinə inanmaq böyük bir mübaliğə olmazdı. Bunun nə qədər ədalətli olması ayrı bir məsələdir, amma həqiqət göz qabağındadır. Əks təqdirdə, Rusiyanın niyə müşahidəçi qismində olsa da, türk sülhməramlılarının iştirakına qəti şəkildə qarşı çıxdığını izah etmək çətindir.

 

Cavab aydındır - Rusiya qoşunları sülh üçün deyil, Ermənistanın gələcək intiqamına və ya heç olmasa, bunu etmək cəhdlərinə şərait yaratmaq üçün gətirildi. Əslində, bunu yuxarıdakı sitatda Zatulin birbaşa bildirdi. Bu səbəbdən də sülhməramlıların qalma müddəti heç bir texniki cəhət deyil, çox vacib bir siyasi və hətta geostrateji bir cəhətdir. Moskvada bunu gizlətmirlər.

 

Rusiyanın “Nezavisimaya Gazeta”sı açıq şəkildə bildirir ki, “Rusiya sülhməramlılarını hansısa bölgəyə gətirirsə, həmin ərazini ancaq Kremlin qərarı ilə tərk edirlər”. Və bu “heç vaxt” anlamına gətirib çıxarır.

 

Burada problem təkcə Dağlıq Qarabağda deyil. Moldovanın yeni Prezidenti Maya Sandu hələ vəzifəsinə başlamamış - 23-24 dekabr tarixlərində baş verəcək. Artıq o, Dnestryanı bölgədən Rusiya qoşunlarının və sülhməramlılarının geri çəkilməsi məsələsini qaldırdı.

 

Moskvada, tipik bir şəkildə, sabitlik və müharibə təhdidləri ilə başladılar. Yalnız problem Gümrüdəki bazaya bənzəyir. Moldova Rusiya ilə həmsərhəd deyil, ayrıca Ukrayna və əsasən də NATO üzvü olan Rumıniya rus əsgərlərinin köməyinə getməyəcək. Hərbi baxımdan çoxsaylı olmayan bu qrup məhvə məhkumdur. Başqa bir məqam budur ki, Moldova hələlik döyüşməyəcək, amma Ukraynanın köməyi ilə separatçı bölgənin tam bir mühasirəsini yarada bilər. Görünür, Sandu bu barədə gələn ilin yanvar-fevral aylarında Kiyevə səfəri zamanı danışacaq.

 

Moskva ərazidən çıxmaq kimi bir presedent yaratmaq istəmədiyi üçün, barışıq qüvvələrinin müddətsiz qalmasında israr edir. Ən azı bir dəfə hansısa ərazini tərk etməyə razı olarsa, başqa dəfə də bunu etmək məcburiyyətində qala bilər. Və sonda postsovet məkanında qarşıdurmaların qarşısını almaq kimi qondarma konsturksiya bir kart evi kimi dağılır. Nəticə, bütün sərhədləri boyunca Rusiya mövqelərinin tamamilə devalvasiyası olacaq.

 

Əlbəttə ki, Moskva bunu istəmir və belə inkişafdan qaçmaq üçün hər vasitə ilə çalışacaq. 2008-ci ildə Gürcüstanda olduğu kimi, güc tətbiq etmə təhdidləri də daxil olmaqla.

 

Erməni qüvvələrinin Qarabağdan çəkilməsi başa çatdıqdan sonra sülhməramlıların geri çəkilməsi ilə bağlı danışıqlara başlamaq lazımdır. Və deyəsən, Bakı artıq bu işə başlayıb. Mövqelərini gücləndirmək və Rusiya təhdidlərindən qorunmaq üçün Qarabağda bir türk kontingentinin yerləşdirilməsinə dair artıq bir razılaşma var. Belə halda Moskvanın tonu nəzərəçarpacaq dərəcədə azalmalıdır və onlarla razılaşma əldə edilə bilər. Əks təqdirdə, rus hərbçiləri uzun müddət burada kök salacaqlar.

 

Rusiyanın öz kontingentləri ilə əlaqəli bütün taktikaları və strategiyası açıq gözlə görülür. Təsadüfi deyil ki, Kiyev qondarma sülhməramlıların Donbassa gətirilməsi ilə qəti şəkildə razılaşmır. Onların hansı sülhü təmin edəcəklərini Ukrayna artıq öz təcrübəsindən bilir.

Müəllif: Yuri Rayxel      30 Noyabr 2020 19:19
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin