Əsas səhifə Haqqımızda Xəbər lenti

“Fənərbaxça” derbidən məğlub ayrıldı

 “Fənərbaxça” derbidən məğlub ayrıldı

“Beşiktaş” səfərdə qalib gəlib

 

Türkiyə Super Liqasında X tur davam edir. AYNA-nın Apasport.az saytına istinadən məlumatına görə, üçüncü oyun günündə 4 matç keçirilib.

 

Turun mərkəzi qarşılaşmasında İstanbul nəhəngləri üz-üzə gəlib. Liderlər qrupunda qərarlaşan "Fənərbaxça” “Beşiktaş”ı qəbul edib. Məhsuldar keçən görüşdə qələbə qazanan qonaqlar liderlərə yaxınlaşıb.

 

Çempionatın lideri “Alanyaspor” növbəti qələbəsini bayram edib. “Konyaspor”la ev oyununda 3 xal üçün bir qol yetərli olub.

 

“Kasımpaşa” da liderlər qrupunun yaxınlığında yer alıb. Bu, autsayderlərdən biri “Gənclərbirliyi” üzərində qələbə sayəsində mümkün olub.

 

Günün yeganə heç-heçəsi Ərzurumda qeydə alınıb. Şəhərin eyniadlı komandası “Antalyaspor”la məhsuldar sülhə imza atıb.

 

Qeyd edək ki, tura noyabrın 30-da yekun vurulacaq.

 

Türkiyə Super Liqası

X tur

29 noyabr

“Ərzurum BB” – “Antalyaspor” – 2:2

Kanak, 29, Qomes, 85 – Sarı, 60, Bayrakdar, 65

“Alanyaspor” – “Konyaspor” – 1:0

Babakar, 37

“Kasımpaşa” – “Gənclərbirliyi” – 2:0

Hodziç, 16, 25

“Fənərbaxça” – “Beşiktaş” – 3:4

Sisse, 34, Tufan, 68, 90+7 (pen.) – Abubakar, 4, 20, Uysal, 53, Nsakala, 88

Müəllif: Ayna.az      29 Noyabr 2020 23:13
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin