Əsas səhifə Haqqımızda Xəbər lenti

Prezidentin köməkçisi: "Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib"

Prezidentin köməkçisi: "Ermənistan tərəfindən Tərtər şəhərinə qarşı genosid siyasəti həyata keçirilib"

Diplomatik korpusun nümayəndələri Tərtərə səfər edib

 

“Prezident İlham Əliyev tərəfindən Tərtər şəhəri İkinci Dünya müharibəsindəki Stalinqrad şəhəri ilə müqayisə olunub”.

 

AYNA xəbər verir ki, bunu bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

Onun sözlərinə görə, artıq beynəlxalq münasibətlərdə şəhərlərə qarşı istifadə edilən bu kimi əməllər urbisid, yəni genosidin şəhərlərə qarşı istifadə olunması termini ilə izah olunur:

 

“Tərtər şəhəri də bunun bariz nümunəsidir. Ermənistan tərəfindən şəhərə qarşı genosid siyasəti həyata keçirilirdi”.

Müəllif: Ayna.az      28 Noyabr 2020 14:40
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin