Əsas səhifə Haqqımızda Xəbər lenti

Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama gedir

Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama gedir

Hikmət Hacıyev: “Biz Tərtərdə Ermənistan tərəfindən edilən ağır bombardmanın nəticələrini görəcəyik"

 

“Prezident İlham Əliyevin tapşırığına əsasən diplomatik korpusların və beynəlxalq təşkilatların rəhbərlərini Tərtərə və işğaldan yeni azad edilən Ağdama aparırıq”.

 

AYNA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında bildirib.

 

“Biz Tərtərdə Ermənistan tərəfindən edilən ağır bombardmanın nəticələrini görəcəyik. Ağdam dağıdılaraq “ruhlar şəhəri”nə çevrilib. “Qarabağ” futbol klubu da bizimlədir”, - deyə H. Hacıyev qeyd edib.

Müəllif: Ayna.az      28 Noyabr 2020 11:20
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin